Icma.az
close
up
RU
Qədim şəhərin sirli divarları: Narınqalaya səyahət

Qədim şəhərin sirli divarları: Narınqalaya səyahət

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəmkir, 14 may, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Narınqala.

Şəmkir həm yerli, həm də xarici turistlərin, xüsusilə də qədim sivilizasiyaların izinə düşənlərin ən sevimli məkanlarından biridir. Rayonun çoxəsrlik tarixini bu günümüzə daşıyan Qədim Şəmkir şəhər yeri isə ziyarətçiləri sanki zaman maşınına mindirərək əsrlər əvvələ aparır. Buraya qədəm qoyan hər kəs qədim divarların pıçıltısını eşidir, keçmişlə üz-üzə dayanaraq tarixin dərin qatlarını kəşf edir.

Şəmkirçayın sol sahilində, ətraf ərazilərdən 8,5 metr hündürlükdə yerləşən Narınqala qədim Şəmkirin strateji ərazisi, şəhərin ən mühüm inzibati və müdafiə mərkəzi olub. Təxminən 1 hektarlıq ərazini əhatə edən bu möhtəşəm istehkamın qalın divarları, bürcləri və möhkəm müdafiə sistemi qədim şəhərin gücünü və əzəmətini bu gün də qoruyub saxlayır. Divarların bəzi hissələrində hündürlüyün 7,5 metrə çatması, qalınlığın isə 4 metrə yaxın olması bu qalaya daha da möhtəşəm görünüş verir.

Narınqalanın ərazisində aparılan arxeoloji qazıntılar burada vaxtilə qaynayan həyatın izlərini üzə çıxarıb. IX-X əsrlərə aid monumental tikililər, sütunlu həyətlər, çoxsaylı otaqlar, təndirxanalar və məişət sahələri qədim şəhər həyatının necə zəngin olduğunu göstərir. 2000 kvadratmetr sahəni əhatə edən bu kompleks sanki Orta əsrlər dövrünün canlı bir şəhər maketini xatırladır. Burada gəzərkən insan özünü yüz illər əvvələ qayıtmış kimi hiss edir.

Qalanın şimal-qərb sektorunda iki paralel küçə boyunca yerləşən tikililər, əczaxana qalıqları, hərbçi otaqları və zindan izləri isə bu ərazinin yalnız müdafiə qalası deyil, həm də mühüm inzibati və ictimai mərkəz olduğunu sübut edir. Burada aşkar edilən təndirxanalar, ocaqlar, mətbəx qalıqları qədim şəhər sakinlərinin gündəlik həyatından xəbər verir.

Narınqalanın ən maraqlı xüsusiyyətlərindən biri isə qədim mühəndis qurğularıdır. Qala divarları arasında yaradılmış dar dəhliz, su drenaj sistemi və Səlcuq dövrünə aid ovdan tipli hidrotikinti bu şəhərin inkişaf etmiş infrastrukturundan xəbər verir. Pilləkənli su qurğuları, havalandırma sistemi və su təchizatı ilə bağlı mühəndis həlləri qədim Şəmkirin dövrünün qabaqcıl şəhərlərindən biri olduğunu göstərir.

Qazıntılar zamanı aşkar edilən saxsı qablar, məişət əşyaları, sikkələr və tikili qalıqları isə bu ərazinin vaxtilə mühüm ticarət və mədəniyyət mərkəzi olduğunu təsdiqləyir. Bu gün həmin ərazi tarixsevərlərin, fotoqrafların və səyahət həvəskarlarının ən çox maraq göstərdiyi yerlərdən birinə çevrilib.

Müxbir - Rəşad Türkoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri