Arxeoloji məlumatların sistemli elektron bazası yaradılacaq
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Artıq son illərdə arxeologiya sahəsində süni intellekt tətbiq edilir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev deyib.
Direktorun sözlərinə görə, peykdən alınan məlumatların analizi nəticəsində yerin və suyun altında abidələrin yerlərinin təyinində, həmçinin, arxeoloji tədqiqatların yekunlarının, yazılı və arxeoloji məlumatların müqayisəsi kimi iri həcmli bilgilərin analizində süni intellektdən istifadə edilməkdədir.
"Buna görə də biz imkanlarımız çərçivəsində arxeoloji məlumatların hər hansı formatda sistemli elektron məlumat bazası yaradılmasını planlaşdırırıq. Süni intellektin effektiv tətbiqi üçün ilk əvvəl belə bir məlumat bazası olmalıdır", - deyə F.Quliyev qeyd edib.
Milli.Az
Baxış sayı:85
Bu xəbər 21 İyul 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















