Icma.az
close
up
RU
ARXİV! Alimlər Avropadakı son neandertalları tapıdı: Harada yaşayıblar?

ARXİV! Alimlər Avropadakı son neandertalları tapıdı: Harada yaşayıblar?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropada son neandertallara aid ola biləcək yeni arxeoloji məkan Cəbəllütariq qayasının şərqində yerləşən Qorham mağaralar kompleksində, Vanqard mağarasının dərinliyində aşkar edilib. Təxminən 40 min il əvvəl qumla örtülərək möhürlənmiş bu sahə nadir "zaman kapsulu” hesab olunur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Ecoticias” nəşri yazır.

Cəbəllütariq Milli Muzeyinin arxeoloqları uzun illər Vanqard mağarasının dərinliklərində qədim çöküntülərlə bağlanmış keçidləri axtarıblar. Nəticədə onlar təxminən 13 metr uzunluğunda, mağaranın tavanına yaxın yerləşən və xarici aləmdən tam təcrid olunmuş bir kamera aşkar ediblər.

Bu toxunulmamış sahədə vaşaq, hiena və kərkəs sümükləri, iri yırtıcının caynaq izləri, eləcə də dəniz ilbizinə aid bir qabıq tapılıb.

"Kameranı örtən qumun yaşı 40 min il olduğuna görə və bu məkan daha qədim olduğundan, burada yaşayanların neandertallar olduğu qənaətinə gəlirik”, deyə Cəbəllütariq Milli Muzeyinin direktoru Klayv Finleyson bildirib.

Aşkarlanan kamera Qorham mağaralar kompleksinin bir hissəsidir. Bu kompleksə daxil olan dörd mağarada 100 min ildən çox müddətdə həm neandertalların, həm də erkən müasir insanların izləri qorunub saxlanılıb.

Qeyd olunur ki, hazırda bu mağaralar demək olar ki, birbaşa dənizə açılır. Lakin buz dövründə onların girişləri quru sahəyə baxırdı.

UNESCO bu ərazini neandertalların davranışına dair nadir sübut kimi qiymətləndirir. Burada onların quş və dəniz heyvanlarını ovladığı, bəzək üçün lələklərdən istifadə etdiyi və mağara divarlarında abstrakt oymalar yaratdığı müəyyən edilib. Bu isə onların düşüncə qabiliyyətinin daha inkişaf etmiş olduğunu göstərir.

Radiokarbon analizinə görə, neandertallar bu ərazidən təxminən 33 min ildən 24 min il əvvələ qədər istifadə ediblər. Bu da Cəbəllütariq sahillərini onların Avropadakı son sığınacaqlarından birinə çevirir.

Qazıntılar göstərir ki, neandertallar yalnız quru heyvanlarını ovlamır, həm də sahil boyunca qida toplayırdılar. Tapılan tullantı qatlarında midiya qabıqları, balıq, rahib suitisi və delfin sümükləri aşkarlanıb. Onların çoxunda daş alətlərdən istifadə izləri var ki, bu da bu heyvanların qida kimi istifadə edildiyini sübut edir.

2024-cü ildə aparılan araşdırmalar zamanı Vanqard mağarasında bitki materiallarını qızdıraraq yapışqan qatran əldə etmək üçün istifadə olunan ocaq da aşkar edilib. Bu qatran daş uclu nizələrin hazırlanmasında yapışdırıcı kimi istifadə olunurdu.

Beləliklə, həm möhürlənmiş kamera, həm də bu "emalatxana” neandertalları yalnız ibtidai mağara sakinləri deyil, həm də sahilyanı toplayıcılar və bacarıqlı texniki ustalar kimi təsvir edir. Gələcək qazıntıların isə gizli kamerada yeni alətlər və ya dəfn izləri aşkar edə biləcəyi ehtimal olunur.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Aprel 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri