Icma.az
close
up
RU
Avropadakı vulkan hər an oyana bilər Alimlər fəlakət barədə xəbərdarlıq edir

Avropadakı vulkan hər an oyana bilər Alimlər fəlakət barədə xəbərdarlıq edir

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Alimlər Yunanıstanın Santorini adasının altında nəhəng bir maqma kamerası kəşf ediblər. 

Qaynarinfo "TwojaPogoda” nəşrinə istinadən xəbər verir ki, süni intellekt alqoritmlərindən istifadə edərək, onlar 300 milyon kubmetr ərimiş süxur aşkar ediblər. Seysmik məlumatların təhlilinə əsaslanan bu cəsur kəşf məşhur arxipelaqın gələcəyi ilə bağlı ciddi narahatlıqlar doğurur.

Mütəxəssislər bildirirlər ki, maqma istənilən an yuxarı hərəkətə başlaya bilər. Proses 2024-cü ilin yayında başlayıb. Həmin dövrdə adada 28 mindən çox zəlzələ qeydə alınıb, onların bəzilərinin gücü 5 baldan çox olub. Hakimiyyət fövqəladə vəziyyət elan edib, məktəbləri bağlayıb və minlərlə turisti təxliyə edib.

Böhran 2025-ci ilin fevralına qədər davam edərək Egey dənizi regionunda geniş təşvişə səbəb olub.

Maqmanın hərəkəti izlənir

Müasir texnologiyalar sayəsində alimlər maqmanın hərəkətini demək olar ki, real vaxt rejimində izləyə biliblər. Ərimiş süxur yer qabığının dərin qatlarından qalxaraq dəniz dibindən təxminən 4 kilometr aşağıda dayanıb.

Maqma Santorini ilə sualtı Kolumbo vulkanı arasında yerləşir və ətraf süxurlara güclü təzyiq göstərir. Hələlik səthə çıxmasa da, püskürmə riski real olaraq qalır.

Ehtimal edilir ki, Kolumbo vulkanının sualtı partlayışı 20 metr hündürlüyə çatan sunami yarada bilər. Belə dalğalar 30–60 dəqiqə ərzində Yunanıstan, Türkiyə və Krit sahillərinə çata və limanlar ilə infrastrukturu məhv edə bilər.

Sunami təhlükəsi və tarixi nümunələr

Mütəxəssislər hesab edir ki, sunami hətta vulkandan 100 kilometr uzaqda yerləşən adalara da təsir göstərə bilər. Dağıntıların Aralıq dənizinin şərq hissəsinin böyük bir ərazisini əhatə edəcəyi ehtimal olunur.

Tarix də bu təhlükəni təsdiqləyir. Təxminən 3600 il əvvəl Santorinidə baş verən güclü püskürmə minoy sivilizasiyasının məhvinə səbəb olub. 1650-ci ildə isə Kolumbo vulkanının fəaliyyəti yüzlərlə insanın həyatına son qoyan sunami ilə nəticələnib.

Nəzarət və hazırlıq tədbirləri

Hazırda Yunanıstan bölgədə monitorinqi gücləndirib. Adada 50-dən çox seysmograf, xüsusi şamandıralar və peyklər vasitəsilə hərəkətlər izlənir.

Alimlər bildirirlər ki, mümkün təhlükə zamanı əhalinin təxliyəsi üçün təxminən 48 saat vaxt olacaq. Lakin pik mövsümdə bölgədə 50 minə qədər turistin olması bu prosesi çətinləşdirir. Təxliyyənin əsasən bərələr vasitəsilə həyata keçirilməsi planlaşdırılır, çünki kül buludları hava nəqliyyatını iflic edə bilər.

Hazırda Santorinidə vəziyyət sabitdir, lakin mütəxəssislər diqqətli olmağa çağırırlar. Süni intellekt daha dəqiq proqnozlar verməyə kömək etsə də, alimlər vulkanın vəziyyətini "qapaqlı qaynar qazan”a bənzədirlər — təzyiq artır, lakin bu hər zaman görünmür.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Mart 2026 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri