Icma.az
close
up
RU
Arzu edərdik ki, İran sona qədər Azərbaycana qarşı səmimi olsun Arzuman Muradlı

Arzu edərdik ki, İran sona qədər Azərbaycana qarşı səmimi olsun Arzuman Muradlı

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


"İrandakı Azərbaycan səfirliyinə qarşı terror hücumu həyata keçirən şəxsin edam edilməsi ilə bağlı yayılan xəbərlər öz-özlüyündə müsbət tendensiyadır. Rəsmi Bakı məlum terror aktı həyata keçirilən gündən haqlı olaraq cinayətkarın layiqincə cəzalandırılmasını tələb edirdi. Lakin bu vaxta qədər İran müxtəlif bəhanələrlə prosesi yubadır, Azərbaycanın tələbini nəzərə almırdı. Ancaq sonda Tehran Bakının haqlı iradları və xəbərdarlıqlarını nəzərə almalı oldu".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, İran Azərbaycanla normal qonşuluq münasibətlərini davam etdirmək niyyətindədirsə, o halda Bakının mövqeyi, xəbərdarlıqlarını ciddiyə almalıdır. Arzuman Muradlı İslam Respublikasında Azərbaycana qarşı müşahidə edilən istiliyin bəzi regional və qlobal amillərlə bağlı olduğu qənaətindədir:
"Birləşmiş Ştatlar və İsraildən təzyiqlərin artdığı bir ərəfədə İranın regionda güclü bir dövlətlə yaxın olması məcburiyyəti meydana çıxır. Cənubi Qafqazda bu status isə Azərbaycana məxsusdur. Düzdür, İran hər nə qədər qonşusunda Azərbaycan kimi güclü bir dövlətin olmasını istəməsə də, bütün halda öz xilası üçün mövcud reallıqlarla barışmalıdır".
Arzuman Muradlı deyib ki, bu ərəfədə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan və İranın birgə hərbi təlimlər keçirməsi də yaxşı xəbərdir:
"Göründüyü kimi, İran Azərbaycanla münasibətləri istiləşdirməyə ciddi cəhdlər göstərir və bu alqışlanmalıdır. Ancaq bir şərtlə ki, yuxarıda dediyim kimi İslam Respublikası sona qədər Azərbaycana qarşı səmimi olsun. Çünki cənub qonşumuzda tez-tez mövqe dəyişikliyi və Azərbaycana qarşı sərt ritorikanın zaman-zaman şahidi olmuşuq".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 May 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri