Icma.az
close
up
RU
Arzu Erdem: COP29un Bakıda keçirilməsi Azərbaycanın ətraf mühit məsələlərindəki liderlik rolunu bir daha nümayiş etdirir

Arzu Erdem: COP29un Bakıda keçirilməsi Azərbaycanın ətraf mühit məsələlərindəki liderlik rolunu bir daha nümayiş etdirir

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı qədim tarixi və mədəni zənginliyi ilə müasirliyi və davamlılığı harmonik şəkildə özündə cəmləşdirən şəhər kimi bütün dünyada tanınır. Bu il COP29-un məhz Bakıda keçirilməsi isə Azərbaycanın ətraf mühit məsələlərindəki liderlik rolunu bir daha nümayiş etdirir. Bu tədbir, eyni zamanda, Azərbaycanın ətraf mühitin mühafizəsi və yaşıl enerji sahələrində atdığı nəhəng addımların dünyaya təqdim olunması üçün mükəmməl platformadır. Xüsusilə İkinci Qarabağ müharibəsində Zəfər qazanan Azərbaycanın davamlı inkişafı və ətraf mühitin qorunması sahəsində böyük irəliləyiş əldə etdiyi aydın şəkildə görünür. Azərbaycan təkcə zəngin təbii sərvətləri ilə deyil, eyni zamanda, ətraf mühitin mühafizəsi və yaşıllaşdırma sahəsində də atdığı addımlarla diqqəti cəlb edən ölkədir.

Bu fikirləri türk siyasətçi, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Türkiyə Böyük Millət Məclisindəki sabiq deputatı Arzu Erdem deyib.

Azərbaycanın bərpaolunan enerji mənbələrinə yatırdığı sərmayələrlə regiondakı digər ölkələr üçün nümunə təşkil etdiyini vurğulayan Arzu Erdem bildirib ki, Bakı təkcə memarlıq üslubu və müasir infrastrukturu ilə deyil, həm də yaşıl enerjini təşviq edən layihələri ilə tanınır: “COP29-un Bakıda keçirilməsi Azərbaycanın bu sahədəki qətiyyətini və uğurlarını beynəlxalq aləmə təqdim edir. Xəzərin incisi Bakı dünyanın müxtəlif ölkələrindən gələn liderləri qəbul etməklə həm qonaqpərvərliyini, həm də ətraf mühit məsələlərinə həssaslığını nümayiş etdirir. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində inkişaf etdirdiyi enerji strategiyaları, qazıntı yanacağının istifadəsinin azaldılmasına yönələn fəaliyyətləri və bərpaolunan enerji sahəsində investisiyaları ölkənin gələcəyə dair davamlı baxış sərgilədiyini göstərir. COP29-un Bakıda keçirilməsi təkcə Azərbaycanın deyil, ümumilikdə qazıntı yanacağı istehsalçıları olan ölkələrin də iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynamalarının zəruriliyi mesajını dünyaya çatdırır”.

Sabiq deputat vurğulayıb ki, Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi həm də digər fosil yanacağı istehsal edən ölkələrin enerji keçidini daha davamlı və ətraf mühit dostu halına gətirməsi məqsədilə atacaqları addımları gücləndirmək zərurətini ortaya qoyur: “Fosil yanacağından asılılığın azaldılması zərurətini COP29 çərçivəsində belə bir ölkədə dilə gətirmək, enerji transformasiyasının qlobal miqyasda hamı üçün nə qədər həyati əhəmiyyət daşıdığını daha güclü şəkildə vurğulamaq imkanı yaradır. Digər tərəfdən, Azərbaycan “yaşıl transformasiya” layihələrinə artan sərmayələri və davamlılıq hədəfləri ilə regional liderlik səviyyəsindən daha da irəli gedərək, qlobal səviyyədə diqqət çəkən inkişaf mərkəzi kimi qarşımıza çıxır. Azərbaycanın 2024-cü ildən etibarən “yaşıl transformasiya” layihələrinə milyardlarla dollar vəsait ayırmaq niyyəti həqiqətən də diqqətçəkən məqamdır. Xüsusilə neft və təbii qaz gəlirlərindən əldə edilən kapitalın bir hissəsinin “yaşıl transformasiya” üçün ayrılması başda Körfəz ölkələri olmaqla, bütün fosil yanacağı ixracatçıları üçün parlaq nümunə təqdim edir. Bu addım neft və qaz istehsalına əsaslanan iqtisadiyyatları daha dayanıqlı və ekoloji cəhətdən təmiz gələcəyə yönəltmək baxımından mühüm mesajdır”.

Arzu Erdem COP29-un Bakıda keçirilməsi ilə yanaşı, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin “yaşıl transformasiya” sahəsini də əhatə etdiyini vurğulayaraq deyib: “Yaşıl qardaşlıq layihəsi” adlandıra biləcəyimiz bu təşəbbüs sayəsində Xəzər dənizindən Anadoluya qədər nəhəng külək enerjisi dəhlizinin qurulması mümkün olacaq. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ilə Türkiyənin güclü texnoloji infrastrukturunun inteqrasiyası geniş imkanlar yaradacaq. Azərbaycan neft və təbii qaz istehsalı ilə yanaşı, yaşıl enerji sahəsinə də investisiya qoyaraq enerji infrastrukturunu şaxələndirdiyi kimi, Türkiyə də 2030-cu ilədək enerjinin 40 faizini bərpaolunan mənbələrdən təmin etməyi planlaşdırır. Hər iki ölkə arasında qurulacaq “Yaşıl enerji yolu”nun hər il ümumilikdə 30 teravatsaatlıq enerji potensialına malik olduğunu nəzərə alsaq, bu əməkdaşlığın nə qədər strateji əhəmiyyət daşıdığını aydın təsəvvür etmək olar”.

Azərtac

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://pravda.az
archiveBu xəbər 14 Noyabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see193

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see143

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see138

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see131

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see127

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see125

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see125

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see124

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see122

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see121

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see118

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see118

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see118

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see117

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see114

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see114

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see113

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri