Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Alimlər fizika qanunlarına meydan oxuyan təcrübə nümayiş etdiriblər: onlar 90 dərəcəlik şaquli səthdə sürüşməyən, yalnız yuvarlanan top yaradıblar.
Oxu.Az-ın verdiyi məlumata görə, araşdırmanın nəticələri "Soft Matter" jurnalında yayımlanıb.
Qeyd olunub ki, alimlər noxud böyüklüyündə yumşaq polimer top hazırlayıb. O, nə sürüşür, nə də qravitasiyanın təsirindən yerə düşür - sadəcə şaquli səth boyunca çox yavaş, saniyədə 0.5 mm sürətlə yuvarlanır.
Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür
Əvvəlcə bu qeyri-mümkün görünsə də, mütəxəssislər mükəmməl elastiklik və səthə təmas balansı yaradaraq bunu bacarıblar.
Alimlər bildirirlər ki, bu mexanizm gələcəkdə şaquli hərəkət edən yumşaq robotlar üçün əsas ola bilər. Belə texnologiya boruların içini araşdırmaq, dar mağaralara daxil olmaq və hətta Ay və Mars səthində çətin əraziləri öyrənmək üçün istifadə edilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:242
Bu xəbər 05 İyun 2025 03:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















