Icma.az
close
up
RU
Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ankara, 4 iyun, AZƏRTAC

Türkiyə-Azərbaycan İcmaları Federasiyası (TADEF) Türkiyə ictimaiyyətinin Qərbi Azərbaycan reallıqları barədə məlumatlandırılmasına maksimum töhfə verməyə çalışır. Federasiyanın strukturları bu məsələdə ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, həmçinin Qərbi Azərbaycan İcması ilə sıx qarşılıqlı fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində TADEF-in tərkibinə daxil olan Türkiyənin “Ankara-Bakı” Məlumatlandırma və Həmrəylik Dərnəyinin rəhbəri Settar Kaya bildirib.

O qeyd edib ki, hələ uşaq ikən Qarsda o vaxt artıq ahıl yaşına çatmış və müasir Ermənistan ərazisindən qovulmuş azərbaycanlılarla görüşüb. S.Kaya xatırladıb: “Bu insanlar son ana qədər ata-baba yurdlarına qayıtmaq ümidini itirmədilər. İnsanlar ümid edirdilər ki, Qərbi Azərbaycanda məcburən tərk etdikləri evlərini elə həmin vəziyyətdə də tapacaqlar. Onlar çox darıxırdılar”.

Onun sözlərinə görə, bu nəsil dünyasını dəyişəndən sonra tarixi ədalətin bərqərar olacağına ümidlər sönməyə başlasa da, Qərbi Azərbaycan sakinlərinin hüquqlarının müdafiəsi ilə bağlı çıxış edən Prezident İlham Əliyevin sayəsində həmin məsələ yenidən aktuallaşıb.

“Azərbaycanlılar əsrlər boyu müasir Ermənistan ərazisində – Göyçə, Zəngəzur, İrəvan və digər rayonlarda məskunlaşıblar. Sistemli deportasiya, ayrı-seçkilik, kütləvi qanlı cinayətlər və təzyiqlər olmasaydı, bu gün də orada yaşamağa davam edərdilər” -deyən diaspor təşkilatının rəhbəri ermənilərin və onların himayədarlarının təkcə etnik təmizləmə ilə deyil, həm də Qərbi Azərbaycan sakinlərinin bütün irsini məhv etmək məqsədi daşıdığını diqqətə çatdırıb.

“Bu məsələnin beynəlxalq hüquqda təsbit olunmuş qanuni əsasları var” -deyən diaspor təşkilatının nümayəndəsi Türkiyənin geniş ictimaiyyətinin Qərbi Azərbaycan sakinlərinin faciəsindən daha çox xəbərdar olmasından məmnunluğunu ifadə edib, müvafiq simpoziumlar, konfranslar və panel müzakirələrinin təşkil edildiyini diqqətə çatdırıb. “Bütün bunlar iki ölkənin və xalqları həmrəyliyinin daha bir göstəricisidir”, - deyə o bildirib.

Diaspor təşkilatının nümayəndəsi Qərbi Azərbaycan sakinlərinin faciəsi ilə bağlı geniş Türkiyə ictimaiyyətində məlumatlılığın getdikcə artmasından məmnunluğunu ifadə edib: “Son illər Ankara, İzmir, Qars və Erzincanda Qərbi Azərbaycan mövzusunda çoxsaylı tədbir, o cümlədən simpoziumlar, konfranslar və panel müzakirələri təşkil olunub. Bütün bunlar iki ölkə və xalqın həmrəyliyinin daha bir göstəricisidir”.

O vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz. “Bu məsələ Azərbaycanın gündəmindən çox-çox kənara çıxır və qardaş ölkənin daxili işi deyil. Məsələnin mahiyyəti təkcə tarixi ədalətin və insan hüquqlarının bərpası deyil, həm də xalqların qarşılıqlı etimadı və razılığı üçün zəmin formalaşdırılmasıdır”, - deyən TADEF nümayəndəsi əmin olduğunu bildirib ki, azərbaycanlıların müasir Ermənistanın ərazisinə qayıdışı regionda davamlı sülhün bərqərar olması üçün güclü impuls olacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see254

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see241

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see199

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see196

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see191

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see190

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see188

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see176

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see150

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see134

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see132

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see125

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see122

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see120

Simonyan: Azərbaycan Ermənistan sərhədinin daha bir hissəsi tezliklə demarkasiya ediləcək

10 Dekabr 2025 22:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri