Icma.az
close
up
RU
Arzular ölkəsinin arzuolunmaz üzü Hindistan çirkab içində ANALİZ

Arzular ölkəsinin arzuolunmaz üzü Hindistan çirkab içində ANALİZ

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir vaxtlar əsrarəngiz təbiəti və gözəlliyi ilə diqqət cəlb edən Hindistan sözün əsl mənasında ekoloji fəlakət yaşayır. Ölkədə bütün sferalar üzrə gerilik və problemlər pik həddə çatıb. Belə demək mümkünsə, bu dövlət hazırda ekoloji deqradasiya yaşayır.

Bir sıra beynəlxalq hesabatlara görə, son onilliklərdə Hindistan planetdə yaşamaq üçün ən əlverişsiz yerlərdən biridir. Nüfuzlu Yell Universitetinin 20 göstərici əsasında tərtib etdiyi Ətraf Mühitin Fəaliyyət İndeksinə (Environmental Performance Index) görə, Hindistan 178 ölkə arasında 155-ci yerdə qərarlaşıb. Belə ki, ölkədə hava çirkliliyi ən pis vəziyyətdədir: bu göstəriciyə görə, Hindistan dünyada son yerlərdən birini tutur və vəziyyət ildən-ilə pisləşir.

Dünya İnkişaf Göstəricilərinə (WDI) görə, 2004-2013-cü illər ərzində ölkədə ÜDM-in orta illik artım tempi 7,5% təşkil edib, əhali isə 140 milyon nəfərdən çox - demək olar ki, Rusiyanın əhalisi qədər artıb. Artımın yarıdan çoxu əvvəllər də ekoloji cəhətdən əlverişsiz olan və indi artan sənaye və demoqrafik yükün öhdəsindən gələ bilməyən şəhərlərin payına düşüb. Nəticədə, 1600 meqapolisi əhatə edən Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə, ən çirkli 20 şəhərdən 13-ü məhz Hindistanda yerləşir.

Reytinqə ölkənin paytaxtı Nyu-Delhi başçılıq edir. Hesabatlar ölkədə durumun acınacaqlı və fəlakət həddində olduğunu göstərir. Ekoloji və sosial problemlər pik həddə çatıb. Hakimiyyətlər də bunların öhdəsindən gəlməkdə acizlik nümayiş etdirirlər.

Əhali sayı 1,7 milyarda çatan Hindistan yoluxucu xəstəliklər səbəbindən hazırda ən təhlükəli ölkələr sırasındadır. Dünyanın ən çirkli havasına malik şəhər və paytaxtların siyahısında da Hindistan şəhərləri ilk yerdə qərarlaşıb. Atmosferi çirkləndirən bölgələr arasında ABŞ birinci, Hindistan ikinci, Avropa İttifaqı üçüncü yeri tutur. Müstəqil tədqiqat qrupu olan “Climate Action Tracker”ə görə, atmosferə buraxılan CO2 emissiyasının həcminin kəskin şəkildə artmasında Hindistan liderliyini saxlayır.

Ən dəhşətlisi odur ki, bu ölkədə 774 milyon insanın normal su və kanalizasiya sisteminə çıxışı yoxdur. 140 000 uşaq hər il suyun və kanalizasiya sisteminin yarıtmaz olması səbəbindən ölür.

33 milyon əhalisi olan Nyu-Delhidə kritik vəziyyət

İsveçrənin "IQAir" təşkilatının hazırladığı 2023-cü il üçün dünya havasının keyfiyyəti ilə bağlı araşdırmada deyilir ki, dünyanın ən çirkli havası Hindistanın paytaxtında müəyyən olunub. Araşdırmada qeyd edilib ki, 2018-ci ildən bəri Nyu-Delhi dörd dəfə dünyanın ən çirkli paytaxtı seçilib. Atmosferin bu dərəcədə çirklənmə səviyyəsində tənəffüs yolları xəstə olan insanların respirator taxmaları, qapalı məkanlarda pəncərələri bağlamaq və hava təmizləyən qurğulardan istifadə etmələri, həmçinin açıq havada idmanla məşğul olmaqdan çəkinmələri tövsiyə olunur.

Paytaxt da daxil olmaqla Milli Paytaxt Ərazisi Nyu-Delhi hökumətinin başçısı Atişi Marlena Hindistan mərkəzi hökumətini fövqəladə vəziyyət elan etməyə və COVID-19 pandemiyası zamanı görülən tədbirlərə bənzər addımlar atmağa çağırıb. Ölkənin bəzi şimal bölgələrində, xüsusilə Hind-Qanq ovalığında havanın çirklənməsi anormal dərəcədə yüksək olub.

Nyu-Delhinin 33 milyonluq əhalisi hər səhəri qatı toksik dumanla açır. Havanın keyfiyyəti ən təhlükəli həddədir.

Ölkənin əsas ekoloji agentliyi SAFAR-ın məlumatına görə, havada ağciyərlərə dərindən nüfuz edə bilən ən kiçik hissəciklərin miqdarını ölçən qurumun məlumatına əsasən, havanın keyfiyyəti "çox təhlükəli" kateqoriyaya keçib. Ölümcül duman paytaxtdakı abidələri və çoxmərtəbəli binaları bürüyüb. Görünüş məsafəsi o qədər aşağıdır ki, aviaşirkətlər mütəmadi reyslərin gecikəcəyi barədə xəbərdarlıq edir.

Şəhərin bir neçə rayonunda çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi təhlükəsiz həddən 50 dəfədən çox yüksək olub. Proqnozlara görə, pis hava keyfiyyəti uzun müddət davam edəcək. Hindistanın paytaxtında hava çirkliliyi Ümumdünya Səhiyyə Təşkilatının günlük təhlükəsizlik həddini 50 dəfə aşaraq təhlükəli səviyyələrə çatıb. Oktyabrdan yanvara qədər davam edən soyuq hava və durğun küləklər çirkləndiricilərin havada sıxılıb qalmasına səbəb olur.

PM2.5 (2.5 mikrometrdən kiçik diametrə malik olan incə hissəciklər) səviyyəsi hər kubmetr üçün 806 mikroqram olaraq ölçülüb. Kənd təsərrüfatı tullantılarının yandırılması, sənaye və nəqliyyat emissiyaları çirkliliyin əsas səbəbləri arasında yer alarkən Delhidəki zibil yandırma müəssisələrindən yayılan zəhərli qazlar da mühüm təhlükə yaradır.

Hava çirkliliyi sağlamlıq problemlərinə səbəb olaraq xüsusilə uşaqlar və yaşlılar üçün risk yaradır. Ötən il Hindistanda 1,67 milyon erkən ölüm qeydə alınıb. Hökumətin gördüyü tədbirlər kifayət etmir və hava çirkliliyi ilə mübarizə üçün təklif olunan həllər müvəqqəti olaraq qiymətləndirilir.

Hava çirklənməsi pik həddə

Hindistanın şimalında hava çirklənməsi hər il, xüsusilə fermerlərin kənd təsərrüfatı rayonlarında biçindən sonra qalıqları yandırdığı qış aylarında artır. Yanma aşağı temperaturlarla üst-üstə düşür ki, bu da tüstünü havada saxlayır. Sonra tüstü şəhərlərə daxil olur və avtomobil tullantıları çirklənməni daha da pisləşdirir.

Sənaye müəssisələrinin tullantıları və elektrik enerjisi istehsalı üçün kömürün yandırılması da son həftələrdə davamlı olaraq artan çirklənmə ilə əlaqələndirilir. Hakimiyyət orqanları hava çirklənməsinin ağırlığına əsaslanan diferensial fəaliyyət planının 4-cü mərhələsini tətbiq etməyə başlayıblar. Planın əvvəlki mərhələləri artıq tətbiq edilib və 4-cü mərhələ daha ciddi məhdudiyyətlər nəzərdə tutur.

10 və 12-ci siniflər istisna olmaqla bütün siniflər üçün dərslərin onlayn keçirilməsi barədə qərar qəbul edilib. Dizel yanacağı ilə işləyən köhnə avtomobillərin şəhərə girişi qadağan edilib və bütün tikinti işləri dayandırılıb. Hakimiyyət orqanları həmçinin uşaqları, yaşlıları, xroniki xəstəlikləri və ya tənəffüs problemləri olan digər şəxsləri küçəyə mümkün qədər az çıxmağa çağırıb. Hakimiyyət orqanları keçmişdə də oxşar tədbirlərə əl atıb, bəzən dumanı nəzarətdə saxlamağa çalışaraq su çiləyiciləri və duman əleyhinə toplardan istifadə ediblər. Lakin tənqidçilər deyirlər ki, region artıq zərər gördükdən sonra nəticələri yumşaltmağa yönəlmiş tədbirlər deyil, çirklənməni kəskin şəkildə azaldacaq uzunmüddətli həll yolu lazımdır.

Çaylar sağlamlıq üçün əsas təhlükə mənbəyidir

Hindistanda müqəddəs sayılan və paytaxtdan keçən Yamuna çayı insanların sağlamlığı üçün təhlükə yarada biləcək qalın ağ köpük təbəqəsi ilə örtülüb. “Press Trust of India” (PTI) Agentliyinin ekspertlərə istinadən yaydığı məlumata görə, Hindistan paytaxtında hakim olan Sadə İnsan Partiyası açıqlayıb ki, şəhər rəhbərliyi vəziyyəti diqqətlə izləyir.

“Bu problemi həll etmək üçün artıq xüsusi köpük söndürücülər səpilməyə başlanılıb və meqapolis hökuməti vəziyyəti idarə etmək, həll etmək üçün fəal tədbirlər görür”, – PTI partiya nümayəndəsinin bəyanatını sitat gətirir. Ətraf mühitin mühafizəsi üzrə ekspertlərin sözlərinə görə, aşındırıcı köpük yüksək miqdarda ammonyak və fosfatlar ehtiva edir ki, bu da tənəffüs və dəri problemləri də daxil olmaqla sağlamlıq üçün ciddi təhlükə yaradır.

Qeyd edək ki, Qanqın ən böyük qollarından biri olan Yamuna çayının Delhi Milli Paytaxt Ərazisi rayonundakı hissəsi həmişə yüksək çirklənmə səviyyəsi ilə fərqlənir, burada, demək olar, balıq yaşamır və onun sularında köpüyün əmələ gəlməsi tez-tez baş verir. Yerli KİV-in məlumatına görə, şəhər sakinləri paytaxt iqtidarını fəaliyyətsizlikdə və ətraf mühitin çirklənməsi ilə mübarizədə yetərincə səy göstərməməkdə daim ittiham edirlər.

Beləliklə, əhali sayına görə dünya birincisi olan Hindistan fəlakətli günlərini yaşayır. Hökumət isə problemlərin öhdəsindən gəlmək əvəzinə, silah alveri, müharibələrə səbəb olan addımlara əl atmaqla məşğuldur.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://report.az
archiveBu xəbər 27 Noyabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see281

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see126

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri