Icma.az
close
up
RU
Yarımçıq qalan arzular

Yarımçıq qalan arzular

525.az saytına istinadən Icma.az xəbər verir.

Zəkiyyə ƏBİLOV
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru

Şəhadət ali məqamdır. Vətən, torpaq uğrunda canından keçənlər Allah dərgahına pak, günahsız bir mələk kimi gedərlər. Ulu öndər Heydər Əliyev Vətən uğrunda şəhid olan Azərbaycan oğullarını Kərbəla şəhidlərinə bərabər tutaraq deyirdi: “İndi vətənimiz faciəli bir dövr keçirir. Yağı düşmən torpaqlarımıza hücum edir. Azərbaycanın cəsarətli oğulları vətənimizi müdafiə edir və bu yolda Həzrəti-İmam Hüseyn kimi şəhid olurlar”.
Səksəninci illərin sonlarından başlayan ədalətsiz müharibə xalqımıza ağır itkilər yaşatdı. İllərlə hazırlaşmış və Rusiyanın da dəstəklədiyi düşmənlə Azərbaycan əsgəri zəif silahı, bir də qeyrəti ilə vuruşurdu. Təəssüf ki, bu müharibə uzun illər davam etdi. Minlərlə hərbçimiz şəhid oldu, yüz minlərlə soydaşımız yurd-yuvasından didərgin düşdü.

2019-cu il oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” ifadəsi xalqın yaddaşına həkk olundu. Azərbaycan oğulları çoxdan gözlədikləri məqamın yaxınlaşdığını hiss etdilər.

2020-ci il sentyabrın 27-də düşmənin növbəti dəfə öz torpağımızda oturub bizə atəş açması cavabsız qalmadı. Müharibə başladı. Azərbaycan oğulları illər ərzində şahidi olduqları haqsızlıqlara son qoymaq üçün Hərbi Komissarlıqlara axışdılar. 44 gün davam edən və qələbə ilə başa çatan müharibə isə qurbansız olmadı. Minlərlə oğul Vətən uğrunda canından keçdi.
Həmin oğullardan biri də əsgər Əliyev Bəhruz Elman oğlu idi.
Bəhruz Əliyev 1997-ci il oktyabrın 24-də Bakının Maştağa qəsəbəsində sadə bir ailədə dünyaya gəlib. Ailə dörd nəfərdən ibarət olub: atası Elman Əliyev, anası Qərənfil xanım, bacısı İradə xanım və Bəhruz.

Onu da qeyd edim ki, İradə xanım yeganə qardaşı Bəhruzun şəhadətindən sonra heç kəsə müsahibə verməyib, özü haqqında danışmaq üçün də heç kəsə haqq verməyib. Qardaşının xatirəsini öz dünyasında yaşatmağı üstün tutub.
Bəhruz 2004-cü ildə Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 187 saylı tam orta məktəbin I sinfinə gedib, 2013-cü ildə həmin məktəbin IX sinfini bitirib. Ailəsinə kömək etmək məqsədilə ali təhsil almaq niyyətindən daşınıb və sənədlərini qəsəbədəki 13 saylı Bakı Peşə Məktəbinin aşpazlıq kursuna təqdim edib.

İki il burada təhsil almaqla yanaşı, ailənin maddi güzəranını yaxşılaşdırmaq üçün müxtəlif, o cümlədən ağır işlərdə çalışıb. Heç bir çətinlikdən çəkinməyib. Deyilənə görə, ağır iş görməkdən əlləri qabar-qabar olub.
2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılır. Bu zaman anası Qərənfil xanım Sabunçu xəstəxanasında ağır əməliyyatdan əvvəl müalicə alırdı. Bəhruz heç kimə demədən sənədlərini düzəldib Hərbi Komissarlığa təqdim edir. Oktyabrın 22-də sonuncu dəfə anası ilə xəstəxanada vidalaşaraq hərbi xidmətə yollanır.

Goranboy rayonunun Ballıqaya kəndindəki N saylı hərbi hissədə xidmətə başlayır. Noyabrın 9-da Hərbi Andiçmə mərasimi keçirilir. Anası xəstəliyinə görə həmin mərasimdə iştirak edə bilmir.
Bəhruz hərbi xidmətini bir müddət orada, sonra Tərtər rayonunun Sarov kəndində davam etdirir. Daha sonra yenidən Goranboy rayonuna qayıdır.
Bəhruzun hələ uşaqlıqdan daxilində hərbçi olmaq istəyi var idi. Odur ki, Goranboy rayonunun Tapqaraqoyunlu kəndindəki N saylı hərbi hissədə xidmət edərkən motoatıcı kurslarında iştirak edir və bu peşəni yaxşı mənimsəyir. Keçirilən yarışlarda birinci yeri tutduğundan baş atıcı vəzifəsinə təyin edilir.

2020-ci ilin sentyabrında II Qarabağ müharibəsi başlayanda Azərbaycan Ordusunun əsgəri Bəhruz Əliyev Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. Müharibənin ilk günündə mahir atıcı kimi düşmənin iki tankını və altmışa yaxın hərbçisini məhv etdiyi bildirilir. Eyni zamanda yaralı əsgər yoldaşlarının döyüş meydanından çıxarılmasına da köməklik göstərir.
Son dəfə yaralı əsgərlərimizi xilas edib döyüşə qayıdarkən düşmən minaatanından açılan atəşin qəlpəsi onun sağ ayağını yaralayır. Hospitala çatdırılarkən çoxlu qan itirdiyindən həyatını xilas etmək mümkün olmur. Bəhruz sentyabrın 28-də Tərtər rayonunun ərazisində şəhadətə qovuşur.
Bir gün sonra doğulub boya-başa çatdığı Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılır.
Bir neçə gün əvvəl Milli Suverenlik Gününü, dünən isə II Qarabağ müharibəsinin başlanğıcı kimi Anım Gününü qeyd etdik. Bunun üçün Qarabağ müharibəsi başlayandan sona qədər cəbhədə vuruşmuş hər bir hərbçimizə borcluyuq. Fərqi yoxdur, bir gün, iki gün, bir ay, qırx dörd gün, yaxud aylarla, illərlə döyüşüblər. Onların hər biri e

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Sentyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri