Arzum un səhhəti pisləşdi Vəkili danışdı
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
"TikTok"da daha çox "Arzum 9999" ləqəbi ilə tanınan İlduzə Hacıyevanın səhhəti pisləşib.
Milli.Az "Unikal.az"a istinadən xəbər verir ki, bu barədə tiktokerin vəkili Hikmət Əliyev bildirib.
Vəkilin sözlərinə görə, ona müntəzəm olaraq həkim nəzarəti lazımdır. Vəkil onu da bildirib ki, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti veriləcək.
Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən "Arzum" ləqəbli bloqer İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı isə məhkəməyə tiktokerin 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 05 İyul 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















