Icma.az
close
up
RU
“Arzum var ki, “Neftçi” yubileyində ölkə çempionu olsun”

“Arzum var ki, “Neftçi” yubileyində ölkə çempionu olsun”

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Konfrans Liqasında sabah “Dinamo”ya (Minsk) qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Yaşıl meydanlardan kənarda da bir mübarizəniz var. Rəqibin də haranı təmsil etdiyi məlumdur. Bu, sizin üçün xüsusi əhəmiyyət daşıyır?
– Fərq yoxdur. Arzum var ki, “Neftçi” yubileyində ölkə çempionu olsun. Komanda buna layiqdir, böyük tarixi var. Bu hədəfə çatmaq üçün çalışacağıq. Konfrans Liqasında da əsas mərhələyə düşmək istəyirik. Bu turnirdə heç vaxt məşqçi kimi çalışmamışam. Mənim üçün də ilk təcrübə olacaq. Kifayət qədər hazırlaşmışıq. “Dinamo” ölkəsinin çempionudur və hazırda liqalarında ciddi rəqabət var. Bu, onlara bir az üstünlük verir. Əlimizdən gələni edəcəyik, çalışacağıq ki, mərhələ adlayacaq.

– Heyətiniz çempionluq üçün yetərlidir?
– Transferlərə də baxırıq, işlər gedir. Əsas odur ki, heyətin özəyini qorumuşuq. 100 faiz yeni transferlər olacaq. Hazırda üç qapıçı və iyimi oyunçumuz var. Bilirik ki, yeni futbolçuların da gəlməsi hədəflərə çatmağımıza kömək edəcək.

– Potensial rəqibin “Braqa” olması transfer planlarında dəyişikliyə səbəb olacaq?
– Bu sual rəhbərliyə ünvanlanmalıdır. Komandanın özəyini saxlamışıq. Bəzi mövqelər var ki, oranı daha gücləndirmək lazımdır. Klub rəhbərliyi ilə daim danışırıq. Transfer məsələləri asan deyil. Elə oyunçular gəlməlidir ki, bizi gücləndirə bilsin.

– Cütün favoriti kimdir?
– Çətin sualdır. Hər komanda özünü ən yaxşı hesab edir. Oyunun nəticəsinə əsasən deyə bilərik ki, kim favoritdir.

– Uğurlu start üçün meydanda həlledici amil nə olacaq?
– Ən yaxşı oynayan komanda qalib tərəf olacaq. Öz adımdan onu deyə bilərəm ki, əlimizdən gələnin maksimumunu edəcəyik.

– “Dinamo” I təsnifatda məğlub olsa da, cavab görüşündə qələbə qazanaraq, mərhələ adladı. Minsklilərin ilk oyunda “Sileks”ə uduzması sizi təəccübləndirdi?
– Çətin oyun keçmişdi. “Sileks”in demək olar, 3 müdafiəçisi “qapı”nı bağlamışdı. Cavab görüşündə isə “Dinamo”nun bəxti gətirdi.

– Sabah fərqli “Neftçi” görəcəyik?
– Gəlin, sabahı gözləyək.

– Hansı mövqelərə transfer istəyirsiniz?
– Bu məsələ məndə qalsın. Transferlər olanda görəcəksiniz.

– Hədəflər böyükdür. Heyət keyfiyyətdən savayı, kəmiyyətdə də buna uyğun gəlir?
– Yeni transferlərdən razıyam. Kəmiyyət olaraq da sayın artmasına çalışırıq. “Neftçi”nin ən yaxşı oyununu göstərməyi üçün əlimizdən gələni edəcəyik.

– Azarkeşlərin sizdən gözləntiləri böyükdür. “Şerif”də işləyən zaman da “Braqa”ya qalib gəlmişdiniz. Bu, sizdə təzyiq yaratmır?
– Düzü, təzyiqi hiss etmədim. Azarkeşlərin tələbkar olması normaldır. Sən yaxşı olanda, hər kəs səni sevir.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 21 İyul 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri