Olimpiya çempionu “Neftçi” heyətiylə görüşdü
Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov “Neftçi”nin qonağı olub.
Futbolpress.az xəbər verir ki, “Neftçi” Futbol Mərkəzində klub rəhbərliyi, baş məşqçi və futbolçularla görüşən cüdoçu Azərbaycan Premyer Liqasının “Qarabağ”la 15-ci tur oyunu ərəfəsində “ağ-qaralar”ın məşqini izləyib. Komanda üzvləri ilə söhbətləşən Hidayət Heydərov uşaqlıqdan “Neftçi” azarkeşi olduğunu deyib, “Neftçi”yə dəstək nümayiş etdirib və uğurlar arzulayıb.
2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış, dünya və dördqat Avropa çempionu olan Heydərov dekabrın 1-i saat 19:00-da “Neftçi Arena”da keçiriləcək “Qarabağ”la matçda “Neftçi”ni tribunadan dəstəkləyəcəyini deyib..
Əsas xəbərlər, Ölkə futbolu
“Qarabağ” və “Neftçi”nin futbolçusu millidən çıxarıldı
25 Noyabr 2024, 11:33
Əsas xəbərlər, Manşet, Premyer liqa
Liderlər itkiyə yol vermədi, “Neftçi” üçün dönüş oyunu
25 Noyabr 2024, 10:39
Baxış sayı:23
Mənbə:https://futbolpress.az