Icma.az
close
up
RU
“Arzum”un məhkəməsi təxirə salındı KONKRET

“Arzum”un məhkəməsi təxirə salındı KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş tərəfin vəkili hakim tərkibinə etiraz edib.

Məhkəmə tərkibi etirazın baxılmamış saxlayıb. Daha sonra prosesdə zərərçəkmiş Muradova Sənubər ifadə verib. O bildirib ki, hadisədən qabaq yoldaşı ilə marketdən qayıdırmışlar:

“Qarşımızda maşın var idi. Biz dəfələrlə uzaq işıqla yol istədik. Sonra bu hadisə baş verdi. Qəzadan sonra eşitmə qabiliyyətimi itirmişəm. Təqsirləndirilən şəxsin tərəfdarları tərəfindən təhqirə məruz qalmışam. Xahiş edirəm ədalətli qərar verəsiniz”.

Daha sonra şahid qismində İlham İbrahimov dindirilib:

“Hadisə vaxtı “Bravo” mağazası tərəfdə idim. Həmin an qəza səsini eşitdim, maşınımla o tərəfə getdim. Mən ora yaxınlaşanda İlduzə xanımın maşını yolun ortasında dayanmışdı. İlduzə xanım özündən getmişdi. Onu maşının arxa oturacağında əyləşdirdik. Yanındakı şəxlər məndən onu xəstəxanaya aparmağımı xahiş etdilər. Mən də xəstəxanaya apardım. İlduzə xanım xəstəxanada təxminən 30 dəqiqə qaldı. Sonra onları evə apardım”.

Daha sonra məhkəmə sənədlərin tədqiqi mərhələsinə başlandığını elan edib.

Müdafiə vəkilləri məhkəmədən qəzanın cüzi sürtünmə və ya sürətlə idarə olunmasına görə baş verməsinin araşdırılması, həmçinin kompleks avtotexniki ekspertizanın təyin olunmasını xahiş ediblər.

Vəsatət təmin olunub, ekspertiza rəyi təqdim olunana kimi prosesin qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə “Arzum” cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktokerin barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.

Hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.
Gecə yarısı “Changan” markalı avtomobili idarə edən “Arzum” sola dönmə manevri edərkən arxadan gələn “Mercedes” markalı avtomobillə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.

“Arzum” ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Avqust 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri