Arzum un adından dələduzluq Foto
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) adından dələduzluq edilib.
Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə Arzum üçün guya yardım məqsədilə pul toplanıldığı ilə bağlı paylaşımlar yayılıb.
Bununla bağlı tiktokerin yaxınları açıqlama yayaraq həmin məlumatların həqiqəti əks etdirmədiyini bildiriblər.
"Bəzi səhifələrdə Arzum üçün pul yığılır deyə paylaşımlar edilir. Bu məlumat doğru deyil. Heç kim bu paylaşımlara inanmasın və heç bir hesaba pul köçürməsin. Elə bir şey yoxdur, inanmayın!" deyə, paylaşımda qeyd olunub.
Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
"Arzum 9999" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:227
Bu xəbər 15 İyul 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















