“Arzunun ardınca” sənədli filmi nümayiş olunub
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşkilatçılığı ilə rejissor Arzu Urşanın “Arzunun ardınca” sənədli filmi nümayiş olunub.
AKİ-dən AZƏRTAC-a bildirilib ki, film yer kürəsinin ən hündür zirvəsi Everesti fəth edən ilk azərbaycanlı alpinist qadın Elmira Aslanovaya həsr olunub.
Rejissor, qəhrəmanın hekayəsini həssaslıqla, sadə, təsirli dillə anladır və ekranda uşaqlıqdan alpinizmə sevgisi olan gənc bir qadının səmimi, əzmkar obrazı görünür. Müəllif filmdə eyni zamanda, səyahət zamanı, ekstremal situasiyalarda çəkilmiş kadrlardan da istifadə edib.
Tədbirdə Arzu Urşan “Arzunun ardınca” filminin yaranmasından, festivallarda qazandığı uğurlardan danışıb.
Filmin qəhrəmanı Elmira Aslanova Everesti fəth etməsində ailəsinin, xüsusən qardaşlarının dəstəyini vurğulayıb və bu səyahət zamanı keçirdiyi hisslər haqda söz açıb.
Çıxışlardan sonra film nümayiş olunub.
Nümayişdən sonra kinoşünas Ülvi Mehdinin moderatorluğu ilə baş tutan müzakirədə rejissor və qəhrəman tamaşaçıların çoxsaylı suallarını cavablandırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 13 Fevral 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















