Icma.az
close
up
RU
Əlçatmaz arzunun çin olduğu gün

Əlçatmaz arzunun çin olduğu gün

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Qarabağ fatehi bu torpaqdan 34 il aralı düşmüş ağbirçəyi lider müdrikliyi ilə bağrına basdı

Şəhidlərimizin qanı bahasına Vətənə çevrilən torpaqlarımızın cənnətə dönmə mərhələsinə şahidlik edirik. Tarixi Zəfərin müəllifinin – Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Qarabağın yenidən inşa edilən və abadlaşdırılan ünvanlarına hər səfəri xüsusi anları və məqamları ilə yaddaşlarda dərin izlər buraxır.

“Bura təbii bir cənnətdir. Amma mənfur düşmən buranı viran qoyub, burada daşı daş üstə qoymayıb. Onlar hər il erməni təşkilatları tərəfindən 100 milyonlarla pul yığırdılar. Onların bir manatını da, bir dollarını da buraya qoymayıblar, hamısını talayıblar. Bizim evlərimizi yandırıblar, sizi didərgin salıblar, 1 milyon insanı didərgin salıblar, Ağdamı yerlə-yeksan ediblər, Füzulini də, Zəngilanı da, Qubadlını da. Kəlbəcərdə, Laçında, Xocalıda qanunsuz məskunlaşmışdılar. Xocalıya bir eybəcər ad da vermişdilər, amma heç biri tutmadı. Çünki bu torpaqların sahibləri bizik, biz gəlmişik və biz qurub-yaradırıq”.

Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşündə lentə alınmış bu epizodun isə onu izləyənlərin yaddaşından uzun müddət silinməyəcəyinə əminik. Doğma yurduna köçmüş qadının dövlətimizin başçısına, Müzəffər Ali Baş Komandana dediyi sözlərə diqqət edin: “Mənim ən böyük sevincim Vətənimə qayıtmaq olsa da, həyatda ən böyük arzum cənab Prezidentlə görüşmək idi. Getdiyim bütün yerlərdə deyirdim ki, bir gün mənim əlim o kişiyə çatacaq. Mənim əlim çatdı. Ən böyük sevincim, cənab Prezidentlə görüşmək idi”.

Təkcə doğma yurdlarına qayıdışın sevincindən qürurlanan keçmiş köçkünlər deyil, dünyanın dörd tərəfində yaşayan 50 milyondan çox soydaşımızın arzusu onların hər birinin Prezidenti olacağına söz vermiş və son 23 ildə bunu əyani şəkildə sübuta yetirmiş İlham Əliyevin əlini sıxmaqdır. Ağdərədə əllərini sıxıb, doğmaları kimi bağrına basdığı insanlara uzun illərin həsrətinin arxada qaldığını, haqq-ədalətin gec də olsa Zəfər çaldığını, Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdiyini söyləyən, bunu hər səfərində təkrarlamaqdan usanmayan lider soydaşlarının öz dədə-baba torpaqlarına qayıtdıqlarını və burada qürurla, xoşbəxt və rahat yaşayacaqlarını da dilə gətirməyi unutmur: “Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir. Bizi güclü edən xalqımdır, yumruq kimi birləşən millətimdir”.

* * *

Bu epizod isə Azərbaycanın istedadlı rejissorlarından birinin iki Qarabağ savaşından bəhs edəcək, hərb və sülh mövzusunda lentə alacağı tammetrajlı filmin kulminasiya nöqtəsi olmağa layiqdir. Prezidentin 34 il yurdundan perik düşmüş ağdərəli ağbirçəklə söhbəti isə olduqca kövrək notlar üzərində köklənmişdi. El anasını bağrına basan dövlətimizin başçısı ardınca müdriklərə məxsus təmkin və qürurla bunları söylədi: “Şəhidlərimizin qanını artıq biz döyüş meydanında aldıq. Onların qanı yerdə qalmayıb. İşğal dövründə dəfələrlə bu sözləri biz eşitmişik, işlətmişik və bu arzularla yaşamışıq. Çünki torpaqların itirilməsi, çoxlu sayda igidlərin şəhadətə ucalması - bütün bu ədalətsizliklər bizi xalq olaraq çox incidirdi, ancaq bizi sarsıtmadı. Biz əyilmədik, iradəmizi göstərdik və döyüş meydanında həm şəhidlərimizin qisasını aldıq, həm də torpaqlarımızı qaytardıq. Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində”.

Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində Anar Rüstəmovun ailəsinin qonağı olanda, Çıldıranda Verdi Abdullayevin evinə baş çəkəndə, Heyvalı kənd sakini Sarvan Abbasovun ailəsi ilə görüşəndə, Çapar kəndinə köçən Kəmalə Dadaşovanın ailəsi ilə söhbətində onların yaşayış şəraiti ilə yaxından maraqlandı. Onlar üçün inşa edilmiş yeni evlərində yaradılmış şəraitlə tanış oldu, eləcə də sakinlərin məşğulluq imkanları barədə dediklərinə, həmçinin məhrumiyyətlərlə dolu keçmiş məcburi köçkünlük həyatından, işğal dövründə dağıdılmış infrastrukturdan danışdıqlarına diqqətlə qulaq asdı. Bu ailələrin hər birinə doğma yurdlarında firavan həyat arzulayan İlham Əliyev keçmişin ağrılı günlərinin artıq geridə qaldığını, Ağdərədə əbədi və təhlükəsiz yaşayışın təmin edildiyini vurğuladı. İlham Əliyevin sadaladığımız ailələrin üzvləri, eləcə də dörd kəndin yeni sakinləri ilə görüşlərini sevgi dolu diqqət və qayğıkeşlik atmosferi müşayiət edirdi. Bu zaman Prezidentin, sadəcə, qalib sərkərdə kimi deyil, paralanmış ərazisini bütövləşdirən Vətəninin qayğısını çəkən el ağsaqqalı kimi davranması həssas nəzərlərdən yayınmadı.

* * *

Bu sözlər isə siyasi liderin sərkərdə fəhminin, hərbi strategin dilindən səslənirdi: “Əgər 2020-ci il noyabrın 10-da müharibə dayanmasaydı, bəlkə də minlərlə şəhid verməli olacaqdıq. O cümlədən bax burada, bu dağlarda, Ağdərə dağlarında, Kəlbəcər dağlarında, Laçın dağlarında, Ağdamın minalanmış zolaqlarında minlərlə şəhid verə bilərdik. Biz onları qoruduq, onları qurban vermədik. Ancaq bilirdik ki, gün gələcək və biz bütün Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, mənfur düşməni torpaqlarımızdan qovacağıq və tam Qələbə qazanacağıq. İndi də burada, – bir tərəfdə şəhid anası, bir tərəfdə ağbirçək, - sizinlə bərabər durmuşuq. Bu, çox xoşbəxt bir hissdir, xoşbəxt bir gündür, gözəl bir gündür. Sizi ürəkdən təbrik edirəm, burada xoşbəxt yaşayın”.

Yəqin ekran qarşısında əyləşən və dövlətimizin başçısının doğma yurdlarına dönən köçkünlərlə səmimi görüşlərini, təmaslarını və söhbətlərini izləyən tamaşaçı qürur hissi keçirirdi. Düşünürük ki, həmin tamaşaçı qürur hissilə yanaşı, eyni zamanda, torpağımızı yağı düşməndən azad etməklə kifayətlənməyib, yurdunun, bura köçən soydaşlarının təəssübünü çəkən, şəhid anasını öz əzizi kimi bağrına basan İlham Əliyevi gördü. O, Qarabağa budəfəki səfərində təkcə ölkənin siyasi rəhbəri, xilaskar sərkərdə kimi deyil, həm də əziz və arzuolunan qonaq, el adamı kimi davranırdı.

İndi Azərbaycan xalqının ən böyük arzusunun onun sevincinə qovuşduğu məkan Qarabağın Zəfər ünvanlı şəhərləri və kəndləridir. Bu gün həmin ünvanları çoxdan intizarında olduqları məhrəm nəfəslər qızıdır. Doğma xalqının qəlbində özünə əbədi fəxarət tacı qurmuş ümummilli liderə –

İlham Əliyevə isə bu gün ən yaxşı yaraşan daha bir məqam müdriklərimizin dediyi kimi, məhz El Adamı statusudur.

İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see375

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see240

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see236

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see220

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see219

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see218

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see207

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see196

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see194

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see192

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see191

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see190

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see189

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see188

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see187

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see184

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see183

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see182

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see178

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri