Icma.az
close
up
RU
ASA da Karyera Sərgisi təşkil olunub FOTOLAR

ASA da Karyera Sərgisi təşkil olunub FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mayın 14-də Azərbaycan İdman Akademiyasında (ASA) tələbə və məzunların əmək bazarına inteqrasiyasını dəstəkləmək məqsədilə Karyera Sərgisi keçirilib. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil olunub.

"Unikal" xəbər verir ki, sərginin əsas məqsədi gənclərə məşğulluq imkanları barədə ətraflı məlumat vermək, onları əmək bazarının tələbləri ilə tanış etmək və müxtəlif müəssisə və təşkilat nümayəndələri ilə birbaşa ünsiyyət üçün şərait yaratmaqdır. Tədbirdə 48 müəssisə tərəfindən ümumilikdə 536 vakansiya və 63 təcrübə proqramı təqdim olunub. Müraciət edən şəxslərə bu vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Tədbirin açılış mərasimində çıxış edən ASA-nın rektoru Fuad Hacıyev sərginin əhəmiyyətindən danışaraq bildirib ki, bu cür tədbirlər tələbə və məzunların karyera imkanlarını genişləndirmək, ixtisaslarına uyğun işlə təmin olunmasında mühüm rol oynayır.

Daha sonra çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə ölkədə gənclərin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, bu kimi sərgilər ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Karyera sərgisində dövlət qurumları, özəl təşkilatlar, müxtəlif idman federasiyaları və ASA ilə əməkdaşlıq edən idman müəssisələrinin nümayəndələri iştirak ediblər. 500-dən çox tələbə və məzunun qatıldığı sərgidə iştirakçılara mövcud vakansiyalar və təcrübə proqramları barədə ətraflı məlumat təqdim olunub.

Tədbir çərçivəsində ASA-nın məzunu və müəllimi Zahid Nadirlinin rəhbərliyi ilə “Alpman” taekvondo klubunun idmançıları maraqlı idman nümayişləri ilə çıxış ediblər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 May 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri