Icma.az
close
up
RU
ADAU da Karyera Sərgisi baş tutub FOTOLAR

ADAU da Karyera Sərgisi baş tutub FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbə və məzunların məşğulluq imkanlarının artırılması məqsədilə 18-ci Karyera Sərgisi təşkil olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, özəl sektor təmsilçiləri, işəgötürən şirkətlər, universitet rəhbərliyi, tələbə və məzunlar iştirak ediblər.

"Unikal" xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov iştirakçıları salamlayıb, karyera sərgilərinin universitetlə əmək bazarı arasında mühüm əlaqələndirici platforma olduğunu bildirib. Rektor qeyd edib ki, müasir dövrdə ali təhsil müəssisələrinin əsas missiyası yalnız nəzəri biliklərin verilməsi ilə məhdudlaşmır, eyni zamanda tələbələrin praktiki bacarıqlara yiyələnməsi, innovativ düşüncə tərzinin formalaşdırılması və onların əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasını da əhatə edir.
Zəfər Qurbanov bildirib ki, aqrar sahənin inkişafı ölkənin strateji prioritetlərindən biridir və bu istiqamətdə peşəkar insan kapitalının hazırlanması xüsusi əhəmiyyət daşıyır. “Bu gün burada iştirak edən şirkət və müəssisələrin sayı onu göstərir ki, əmək bazarında aqrar sahə üzrə ixtisaslı kadrlara ciddi ehtiyac var. ADAU olaraq məqsədimiz tələbələrimizi yalnız diplom sahibi kimi deyil, əmək bazarında öz yerini tuta bilən, praktik bilik və bacarıqlara malik peşəkar mütəxəssislər kimi yetişdirməkdir”, - deyə rektor əlavə edib.

Daha sonra çıxış edən Türkiyənin Gəncə şəhərindəki baş konsulu Recep Öztop və Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxışlarında gənclərin məşğulluğunun təmin olunması, əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığının əhəmiyyəti, universitet-işəgötürən əməkdaşlığının genişləndirilməsi və aqrar sahədə müasir bilik və bacarıqlara malik mütəxəssislərə olan tələbatdan danışıblar.

Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov aqrar sektorun müasir çağırışlara uyğun inkişafının insan resurslarının keyfiyyətindən birbaşa asılı olduğunu, kənd təsərrüfatında innovativ yanaşmaların, ağıllı texnologiyaların və yeni idarəetmə mexanizmlərinin tətbiqinin gənc və peşəkar kadrlara olan ehtiyacı daha da artırdığını bildirib.
Fərid Nəcəfov qeyd edib ki, tələbələrin hələ təhsil aldıqları dövrdə iş dünyası ilə təmasda olması onların gələcək karyera planlamasında mühüm rol oynayır. O, aqrar təhsil müəssisələri ilə dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinin gələcəkdə daha rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Mürvət Həsənli və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə bu cür tədbirlərin tələbə və məzunların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına, onların praktiki təcrübə qazanmasına və gələcək karyera imkanlarının genişlənməsinə mühüm töhfə verdiyini bildirərək iştirakçılara uğurlar arzulayıblar.

Karyera sərgisi çərçivəsində tələbə və məzunlar 100-ə yaxın şirkət və müəssisənin stendləri ilə yaxından tanış olub, müxtəlif sahələri təmsil edən işəgötürənlərlə görüşlər keçiriblər. İştirakçılar vakansiyalar, təcrübə proqramları və karyera inkişafı imkanları barədə məlumat əldə edib, bir sıra şirkətlər tərəfindən ilkin müraciətlər qəbul edilib. Sərgi çərçivəsində ümumilikdə 900-dən çox vakansiya tələbə və məzunların diqqətinə çatdırılıb.

Sonda qonaqlar Gəncə Dövlət Aqrar Kolleci, ADAU-nun İnnovasiyalar Mərkəzi və ADAU TV internet televiziyasının müasir studiosu ilə yaxından tanış olublar.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 May 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri