Icma.az
close
up
RU
ASA da “Mavi İşıqlı Yol” adlı beynəlxalq konfrans təşkil olunub FOTOLAR

ASA da “Mavi İşıqlı Yol” adlı beynəlxalq konfrans təşkil olunub FOTOLAR

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aprelin 19-da Gənclər və İdman Nazirliyinin, Azərbaycan Autizm Assosiasiyasının (AAA) və Azərbaycan İdman Akademiyasının (ASA) birgə təşkilatçılığı ilə “Mavi İşıqlı Yol” adlı beynəlxalq konfrans keçirilib.

"Unikal" xəbər verir ki, tədbirin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqlara və onların ailələrinə psixoloji, pedaqoji və tibbi dəstək göstərilməsi sahəsində aparılan elmi tədqiqatların nəticələri və praktiki təcrübələrin mübadiləsi, bu sahədə çalışan mütəxəssislər arasında peşəkar əlaqələrin qurulması, həmçinin təhsil, səhiyyə, ictimai və dövlət qurumları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Konfransın açılış mərasimində AAA-nın sədri Elnur Məmmədov, Milli Məclisin deputatları Vüqar İskəndərov və Ceyhun Məmmədov, ASA-nın Elm və innovasiya üzrə prorektorunun müşaviri Nailə Kələntərli çıxış ediblər.

Çıxışçılar konfrans iştirakçılarına və təşkilatçılara maraqlı müzakirələr, mövcud problemlərin yeni və innovativ həll yollarının tapılması, qarşılıqlı anlaşmaların və yeni birgə layihələrin hazırlanmasını arzulayıblar.

AAA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ürfan Məmmədlinin moderatorluğu ilə keçirilən plenar hissədə Citomed klinikasının həkim-nutrisioloqu, ANDOP-un aparıcı təlimçisi Emil Hidayətli “Sağlam qida – Autizmli fərdlər üçün düzgün qidalanma”, Türkiyə Ulusal Otizm Konfederasiyasının sədr müavini, Otisium Otizm Spor Yaşam Mərkəzinin direktoru Erdal Ateş “İdman və reabilitasiya – Hərəkət və reabilitasiyanın əhəmiyyəti”, Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva “Autizm fərdlərinin hüquqları – Hüquqlar və dəstək imkanları” mövzularında çıxış ediblər.

Konfrans işini panel müzakirələrlə davam etdirib. Citomed klinikasının həkim-nutrisioloqu Emil Hidayətli və Otisium Otizm Spor Yaşam Mərkəzinin direktoru Erdal Ateş iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Tədbir çərçivəsində, həmçinin “Autizmə dair kompleks yanaşma – Təhsil, reabilitasiya, hüquq və cəmiyyət dəstəyi” mövzusunda da geniş müzakirələr aparılıb.

Sonda “Mavi İşıqlı Yol” beynəlxalq konfransının iştirakçılarına sertifikatlar təqdim olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Aprel 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri