Icma.az
close
up
RU
“Aşağı ballı ixtisaslar gələcəkdə işsizliyə aparır”

“Aşağı ballı ixtisaslar gələcəkdə işsizliyə aparır”

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Ali təhsil müəssisələrində minimal keçid balı 150 olan ixtisaslar mövcuddur. Bu ixtisasları bitirən tələbələr diplom alsalar da, iş tapmaqda çətinlik çəkirlər.

Nəticədə, ali təhsil diplomu olan bir çox gənc sahələrində işləyə bilmir və əmək bazarında işsiz qalır.

Mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsadovun sözlərinə görə, 150 bal toplayaraq ali təhsil almaq gələcəkdə həmin şəxslərin mütəxəssis olmasına zəmanət vermir:

“Statistikaya görə, 4 il ali təhsil alanların yalnız 30%-i ixtisası üzrə işləyə bilir. Qeyd edək ki, ali məktəblərə qəbul imtahanlarında maksimum bal 700-dür. Təhlillər göstərir ki, ən aşağı ballarla ali məktəbə qəbul olan şəxslər əmək bazarına daxil olduqda müasir tələblərə uyğun bilik və bacarıqlara malik olmurlar. Bu şəxslərin ixtisas bilikləri kifayət qədər aşağıdır. Təəssüf ki, həmin ixtisaslara əmək bazarında da o qədər ehtiyac yoxdur. Məsələn, 1-ci ixtisas qrupunda balıqçılıq, heyvandarlıq və tərəvəzçilik kimi sahələr var. Eyni zamanda, aqronomluğun müxtəlif sahələri və kənd təsərrüfatına aid ixtisaslar üzrə mütəxəssislərin iş tapmaq imkanları kifayət qədər aşağıdır”.

Ekspert belə ixtisasların sayının çox olduğunu və bu yerlərin digər ixtisaslara ayrılmasının daha məqsədəuyğun olduğunu vurğulayıb.

“1-ci ixtisas qrupunda kənd təsərrüfatı ixtisaslarının sayı hədsiz dərəcədə çoxdur. Təxminən 20-yə yaxın müxtəlif ad altında kənd təsərrüfatına aid ixtisas mövcuddur. Bu ixtisasların plan yerlərini azaldıb, əvəzinə informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi və digər mühəndislik ixtisaslarının plan yerləri artırıla bilər. Aşağı ballarla ali məktəblərin plan yerlərini doldurmaq əvəzinə, əmək bazarında daha çox tələb olunan ixtisaslara üstünlük versək, gənclərimiz gələcəkdə 4 il vaxt itirməzlər.

Bundan əlavə, belə ixtisasların illik təhsil haqqı da kifayət qədər yüksəkdir.  1-ci ixtisas qrupu üzrə şərabçılıq ixtisasının təhsil haqqı Gəncədə 1 500 manat, meşəçilik ixtisasının təhsil haqqı isə 3 900 manatdır. Halbuki 2-ci ixtisas qrupu üzrə biznesin idarə olunması, marketinq, turizm işi və turizm bələdçiliyi ixtisaslarının təhsil haqları 2 500–3 500 manat arasında dəyişir ki, bu da kifayət qədər yüksəkdir. 3-cü ixtisas qrupunda sosial iş ixtisasının təhsil haqqı 3 500–4 000 manat civarındadır. 4-cü ixtisas qrupunda isə 150 ballıq ixtisasların təhsil haqları 2 500–3 500 manat arasında dəyişir ki, bu məbləği belə ixtisaslara sərf etməyə dəyməz”.

Ekspert onu da vurğulayıb ki, abituriyentlərin bu ixtisaslara yönəlmək əvəzinə, orta ixtisas və peşə təhsil müəssisələrinə yönəlməsi daha məqsədəuyğun olar.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Dekabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri