Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

III qruda aşağı nəticə ilə qəbul şansı olan İXTİSASLAR

III qruda aşağı nəticə ilə qəbul şansı olan İXTİSASLAR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi (blok imtahanları) yekunlaşdıqdan sonra abituriyentlər üçün ən həlledici mərhələ - ixtisas seçimi başlayır. Bu mərhələdə abituriyentləri ən çox maraqlandıran məqam topladıqları bala uyğun olaraq hansı ixtisas və universitetə qəbul ola biləcəkləridir.

Xüsusilə imtahanda nisbətən aşağı nəticə göstərən abituriyentlər “Bu balla haraya qəbul olmaq mümkündür?”, “Hansı ixtisaslarda şansım daha yüksəkdir?” kimi suallara cavab axtarırlar.

Əksər hallarda seçim zamanı diqqət yalnız yüksək keçid balı tələb edən ixtisaslara yönəldiyi üçün daha real qəbul imkanı yaradan alternativ universitet və ixtisaslar kölgədə qalır. Halbuki düzgün araşdırılmış və balanslı seçim siyahısı abituriyentin qəbul şansını ciddi şəkildə artıra bilər.

Modern.az AzEdu.az 2025-ci ilin qəbul nəticələrinə əsaslanaraq III ixtisas qrupu üzrə formalaşan keçid ballarını araşdırıb, ən aşağı balla tələbə qəbul edən ali təhsil müəssisələri və ixtisasların siyahısını hazırlayıb.

Bu siyahı abituriyentlər üçün seçim mərhələsində daha real təsəvvür formalaşdırmağa kömək edəcək.

2025-ci ilin qəbul nəticələrinə əsasən III ixtisas qrupu üzrə ən aşağı keçid balı Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasında qeydə alınıb. Bu ixtisasa qəbul üçün keçid balı 172.9 olub.
Bakı Dövlət Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas regionşünaslıq (İran üzrə) olub. Bu ixtisas üzrə keçid balı əyani formada 249.2 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 267.4 balla regionşünaslıq (Qafqaz ölkələri üzrə, tədris ingilis dilində), 270.7 balla regionşünaslıq (Pakistan üzrə), 283.1 balla tərcümə (fars dili üzrə), 285.3 balla regionşünaslıq (ərəb ölkələri üzrə), 297.3 balla filologiya (fars dili və ədəbiyyatı üzrə), 298 balla regionşünaslıq (İsrail üzrə), 306.6 balla sosial iş (Qazax filialı, qiyabi), 308.6 balla sosial iş (Qazax filialı, əyani) və 311.4 balla regionşünaslıq (Qafqaz ölkələri üzrə) ixtisasları olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas məktəbəqədər təhsil (Cəlilabad filialı) olub. Bu ixtisas üzrə keçid balı əyani formada 306.5 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 310.5 balla məktəbəqədər təhsil (Şamaxı filialı), 313.1 balla məktəbəqədər təhsil (Quba filialı), 314.6 balla sosial iş (Ağcabədi filialı), 316.2 balla məktəbəqədər təhsil (Ağcabədi filialı), 320.9 balla sosial iş (Quba filialı), 322.7 balla məktəbəqədər təhsil (Şəki filialı), 325.4 balla təhsildə sosial-psixoloji xidmət (Şamaxı filialı), 329.6 balla təhsildə sosial-psixoloji xidmət (Cəlilabad filialı) və 330.6 balla təhsildə sosial-psixoloji xidmət (Şəki filialı) ixtisasları olub.

Azərbaycan Dövlət İqtisad Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas regionşünaslıq (Hindistan üzrə) olub. Bu ixtisas üzrə keçid balı əyani formada 229.6 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 235.9 balla regionşünaslıq (Afrika üzrə), 245.6 balla regionşünaslıq (Pakistan üzrə), 271.5 balla regionşünaslıq (Balkan ölkələri üzrə), 272.2 balla regionşünaslıq (Rusiya üzrə), 274 balla regionşünaslıq (ərəb ölkələri üzrə), 275.3 balla regionşünaslıq (İsrail və Yaxın Şərq ölkələri üzrə), 278.8 balla regionşünaslıq (Qafqaz ölkələri üzrə), 288.7 balla regionşünaslıq (Norveç üzrə) və 288.9 balla regionşünaslıq (Cənubi Amerika üzrə) ixtisasları olub.

Bakı Slavyan Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas regionşünaslıq (Mərkəzi Asiya ölkələri üzrə) olub. Bu ixtisas üzrə keçid balı əyani formada 240.1 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 240.2 balla regionşünaslıq (Balkan ölkələri üzrə), 251.7 balla regionşünaslıq (Xəzəryanı ölkələr üzrə), 252.6 balla regionşünaslıq (Şərqi Avropa ölkələri üzrə), 275 balla tərcümə (Azərbaycan dili-çex dili), 275.3 balla tərcümə (Azərbaycan dili-bolqar dili), 281.7 balla regionşünaslıq (Qərbi Avropa ölkələri üzrə), 282.8 balla tərcümə (Azərbaycan dili-Ukrayna dili) və 290.2 balla tərcümə (Azərbaycan dili-yunan dili) ixtisasları olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas muzey, arxiv işi və abidələrin qorunması olub. Bu ixtisas üzrə keçid balı əyani formada 300.5 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 306.2 balla sənətşünaslıq (təsviri sənətin tarixi və nəzəriyyəsi) və 315.7 balla kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasları olub.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas sənətşünaslıq (təsviri incəsənət tarixi və nəzəriyyəsi, incəsənət əsərlərinin bərpası və ekspertizası) olub. Bu ixtisas üzrə keçid balı əyani formada 269.1 bal təşkil edib.

Azərbaycan Turizm və Menecment Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas muzey, arxiv işi və abidələrin qorunması olub. Bu ixtisas üzrə keçid balı əyani formada 307.7 bal təşkil edib.

Qarabağ Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas ibtidai sinif müəllimliyi olub. Bu ixtisas üzrə keçid balı əyani formada 284.2 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisas 344.8 balla beynəlxalq münasibətlər olub.

Naxçıvan Dövlət Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas tərcümə (ərəb dili-Azərbaycan dili) olub. Bu ixtisas üzrə keçid balı əyani formada 245.1 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 249.4 balla tərcümə (fars dili-Azərbaycan dili), 257.1 balla muzey, arxiv işi və abidələrin qorunması (qiyabi), 263.1 balla muzey, arxiv işi və abidələrin qorunması (əyani), 263.9 balla kitabxanaçılıq və informasiya fəaliyyəti (qiyabi), 273.8 balla kitabxanaçılıq və informasiya fəaliyyəti (əyani), 280.7 balla beynəlxalq münasibətlər, 292 balla filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə, qiyabi), 293.9 balla xarici dil müəllimliyi (fransız dili üzrə) və 294.8 balla tarix (qiyabi) ixtisasları olub.

Naxçıvan Müəllimlər İnstitutunda III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas kitabxanaçılıq və informasiya fəaliyyəti olub. Bu ixtisas üzrə keçid balı əyani formada 259.7 bal təşkil edib.

İnstitutda aşağı keçid balına malik digər ixtisaslar 294.1 balla məktəbəqədər təhsil, 308.2 balla xüsusi pedaqogika və 329.7 balla təhsildə sosial-psixoloji xidmət ixtisasları olub.

Gəncə Dövlət Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas xarici dil müəllimliyi (fransız dili üzrə) olub. Bu ixtisas üzrə keçid balı əyani formada 295.9 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 316.3 balla xarici dil müəllimliyi (rus dili üzrə), 328 balla xarici dil müəllimliyi (alman dili üzrə) və 338.5 balla sosial iş (qiyabi) ixtisasları olub.

Mingəçevir Dövlət Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas məktəbəqədər təhsil olub. Bu ixtisas üzrə keçid balı əyani formada 328.9 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 331.2 balla filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə) və 340.2 balla sosial iş ixtisasları olub.

Lənkəran Dövlət Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas muzey, arxiv işi və abidələrin qorunması olub. Bu ixtisas üzrə keçid balı əyani formada 268.2 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 280.1 balla muzey, arxiv işi və abidələrin qorunması (qiyabi), 299.9 balla sosial iş (qiyabi), 313 balla məktəbəqədər təhsil və 342.2 balla təhsildə sosial-psixoloji xidmət ixtisasları olub.

Azərbaycan İlahiyyat İnstitutunda III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas islamşünaslıq olub. Bu ixtisas üzrə keçid balı əyani formada 172.9 bal təşkil edib.

İnstitutda aşağı keçid balına malik digər ixtisas 304.8 balla dinşünaslıq olub.

Azərbaycan Kooperasiya Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas regionşünaslıq (Avropa ölkələri üzrə) olub. Bu ixtisas üzrə keçid balı əyani formada 215.7 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 253.8 balla muzey, arxiv işi və abidələrin qorunması, 270.1 balla sosial iş, 278.9 balla tərcümə (ingilis dili üzrə), 289.9 balla sosial iş (qiyabi) və 295.9 balla təhsildə sosial-psixoloji xidmət ixtisasları olub.

“Azərbaycan” Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas regionşünaslıq (Avropa ölkələri üzrə) olub. Bu ixtisas üzrə keçid balı əyani formada 233.5 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 273.7 balla muzey, arxiv işi və abidələrin qorunması, 289.3 balla fəlsəfə, 297.5 balla tərcümə (ingilis dili üzrə), 304.6 balla beynəlxalq münasibətlər, 313.2 balla sosial iş, 321.9 balla politologiya və 326.3 balla filologiya (ingilis dili və ədəbiyyatı üzrə) ixtisasları olub.

Qərbi Kaspi Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas regionşünaslıq (Amerika, Böyük Britaniya, Almaniya və Çin üzrə, tədris ingilis dilində) olub. Bu ixtisas üzrə keçid balı əyani formada 226.4 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 227.8 balla regionşünaslıq (Amerika, Böyük Britaniya, Almaniya və Çin üzrə), 255.4 balla beynəlxalq münasibətlər (tədris ingilis dilində), 260.4 balla tarix (tədris ingilis dilində), 277.2 balla fəlsəfə, 283.2 balla filologiya (ingilis dili və ədəbiyyatı üzrə, tədris ingilis dilində), 286.3 balla beynəlxalq münasibətlər, 288.2 balla tərcümə (ingilis dili üzrə), 289.8 balla sosial iş və 294.3 balla sosial iş (tədris ingilis dilində) ixtisasları olub.

Xəzər Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas regionşünaslıq (Amerika, Avropa, Asiya və Şərq ölkələri, tədris ingilis dilində) olub. Bu ixtisas üzrə keçid balı əyani formada 230.5 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 283 balla politologiya (tədris ingilis dilində), 318.4 balla filologiya (ingilis dili və ədəbiyyatı üzrə, tədris ingilis dilində), 319.2 balla filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə), 348.5 balla beynəlxalq münasibətlər (tədris ingilis dilində) və 349.1 balla tərcümə (ingilis, ərəb, fars və çin dilləri, tədris ingilis dilində) ixtisasları olub.

Bakı Avrasiya Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas regionşünaslıq (Yaxın və Orta Şərq ölkələri) olub. Bu ixtisas üzrə keçid balı əyani formada 219.8 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 225.9 balla regionşünaslıq (Avropa ölkələri), 231.5 balla regionşünaslıq (ABŞ və Kanada), 267.6 balla tərcümə (ərəb dili üzrə), 268.4 balla beynəlxalq münasibətlər (tədris ingilis dilində), 283.8 balla filologiya (türk dili və ədəbiyyatı üzrə), 283.8 balla tərcümə (fransız dili üzrə), 301 balla tərcümə (ingilis dili üzrə), 302.3 balla tərcümə (alman dili üzrə) və 304.1 balla filologiya (ingilis dili və ədəbiyyatı üzrə) ixtisasları olub.

Bakı Qızlar Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas filologiya (ingilis dili və ədəbiyyatı üzrə) olub. Bu ixtisas üzrə keçid balı əyani formada 281.3 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 306.7 balla tarix, 332.1 balla filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə) və 348.6 balla məktəbəqədər təhsil ixtisasları olub.

“Odlar Yurdu” Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas beynəlxalq münasibətlər olub. Bu ixtisas üzrə keçid balı əyani formada 267.9 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 287.7 balla tərcümə (ingilis dili üzrə), 288.1 balla filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə), 297.9 balla filologiya (ingilis dili və ədəbiyyatı üzrə), 301 balla məktəbəqədər təhsil, 301.5 balla sosial iş (qiyabi), 312.2 balla sosial iş və 314.1 balla təhsildə sosial-psixoloji xidmət ixtisasları olub.

Bakı Biznes Universitetində III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas tərcümə (ingilis dili üzrə) olub. Bu ixtisas üzrə keçid balı əyani formada 291.9 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 296.1 balla sosial iş və 302.4 balla sosial iş (qiyabi) ixtisasları olub.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında III ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas sosial iş olub. Bu ixtisas üzrə keçid balı əyani formada 316.1 bal təşkil edib.

Akademiyada aşağı keçid balına malik digər ixtisas 332.6 balla sosial iş (qiyabi) olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 May 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri