Icma.az
close
up
RU
Aşağı sertifikasiya balı dərs yükünün azalmasına səbəb olur

Aşağı sertifikasiya balı dərs yükünün azalmasına səbəb olur

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.

"Azedu.az" təhsil portalının direktoru Elmin Nuri Modern.az-a açıqlamasında bildirib ki, oxşar yanaşma əvvəllər müəllimlərin diaqnostik qiymətləndirilməsindən sonra da müşahidə olunurdu.

O bildirib ki, diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərə daha çox dərs saatının verilməsi, zəif nəticə göstərənlərin dərs yükünün isə azaldılması halları mövcud idi. Dərs saatı müəllimin aylıq əməkhaqqını müəyyənləşdirən əsas göstəricilərdən biridir. Müəllimin bir stavkadan az və ya çox dərs yükünə malik olması onun qazancına birbaşa təsir edir. Buna görə də dərs bölgüsü yalnız pedaqoji deyil, eyni zamanda sosial və maddi əhəmiyyət daşıyan məsələdir.

"Sertifikatlaşdırma prosesindən sonra da sosial şəbəkələrdə və təhsil ictimaiyyətində aparılan müzakirələri izləyərkən oxşar halların olduğunu müşahidə etdik. Müxtəlif məktəblərdən verilən məlumatlara əsasən, sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərə dərs bölgüsü zamanı müəyyən üstünlük verildiyi, aşağı bal toplayan müəllimlərin isə daha az dərs saatı ilə təmin olunduğu görünür. Lakin bunu bütün məktəblərə aid vahid və məcburi qayda kimi təqdim etmək doğru olmaz".

E. Nuri qeyd edib ki, hazırda dərs bölgüsü, əsasən, məktəbin daxili pedaqoji qərarları, müəllimlərin ixtisası, peşəkarlıq səviyyəsi, siniflərin sayı, tədris planı və mövcud dərs yükü nəzərə alınmaqla həyata keçirilir. Məktəbdə eyni fənni tədris edən bir neçə müəllim olduğu halda onların göstəricilərinin, təcrübəsinin və fəaliyyət nəticələrinin nəzərə alınması təbiidir. Sertifikatlaşdırma nəticəsi də həmin göstəricilərdən biri kimi qiymətləndirilə bilər. Ancaq bütün dərs bölgüsünün yalnız sertifikatlaşdırma balına əsasən aparılması mübahisəli yanaşmadır.

"Bu məsələ ilə bağlı aidiyyəti qurum tərəfindən konkret və vahid tənzimləyici sənəd qəbul edilsəydi, həmin qaydalara əsaslanaraq hansı addımın doğru, hansının yanlış olduğunu dəqiq şərh etmək mümkün olardı. Belə bir ümumi mexanizm olmadıqda isə məsələ, əsasən, məktəb rəhbərliyinin və pedaqoji şuranın qərarından asılı qalır".

"Hesab edirəm ki, müəllimlər arasında narazılığın və subyektiv yanaşma ilə bağlı şübhələrin yaranmaması üçün dərs bölgüsünün meyarları əvvəlcədən aydın şəkildə müəyyənləşdirilməlidir. Müəllim bilməlidir ki, ona dərs saatı hansı göstəricilərə əsasən verilir və ya hansı səbəbdən azaldılır. Sertifikatlaşdırma nəticəsi nəzərə alınacaqsa, bunun dərs yükünə hansı formada və nə dərəcədə təsir etdiyi də açıq şəkildə göstərilməlidir. Şəffaf və vahid meyarların müəyyənləşdirilməsi həm məktəb daxilində sağlam iş mühitinin qorunmasına, həm də müəllimlərin hüquqlarının təmin olunmasına xidmət edər”- sonda o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Avqust 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see296

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see295

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see275

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see272

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see261

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see259

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see250

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see243

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see236

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see232

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see232

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see232

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see230

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see215

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see212

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see210

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see202

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see202

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see192

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri