Icma.az
close
up
RU
“Bu gün müəllimlərin maaşının aşağı olmasının əsas səbəbi məhz dərs yükünün azlığıdır” TƏHSİL EKSPERTİ

“Bu gün müəllimlərin maaşının aşağı olmasının əsas səbəbi məhz dərs yükünün azlığıdır” TƏHSİL EKSPERTİ

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Azərbaycan təhsilinin ən problemlatik hissəsi ibtidai təhsildir.

Nazir qeyd edib ki, yəni ibtidai təhsili düzəltmədən, orta, tam orta, peşə və ya ali təhsili düzəltmək olmur.

“Çünki fundamentsiz ev tikmək olmur. Ona görə də təxminən 40-50% uşaq artıq ibtidai təhsildən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir. İbtidai təhsilin içinə girib düzəltmək lazımdır.

Sertifkatlaşdırmaya yanaşmamız budur ki, müəllimlik saathesabı, yarımştat, hərdənbir məktəbə gəlib dərs demək işindən daimi iş rejiminə keçsin. Bunu istəyən müəllimlər üçün tətbiq ediləcək, heç kəs heç kəsi buna məcbur etməyəcək. Tamamilə rəqabətli, yüksək əməkhaqqısı olacaq və daimi ştatda olan müəllimin dərs yükü 18 saat olacaq. Yerdə qalan saat hissələrində isə təhsilə aid digər işlərlə məşğul olacaq. Hansı müəllim istəsə ki, yüksək əməkhaqqı ilə işləsin, onlar üçün tətbiq olunacaq. Yalnız bu müəllimlər sertifikasiyadan yüksək bal toplayanlar arasından seçiləcək. İstəməsələr, saathesabı sistemlə davam edə bilərlər”, – nazir qeyd edib.

Gununsesi.info-ya danışan təhsil eksperti Kamran Əsədov mövzunu belə şərh edib:

“Təhsil sistemimizdə illərdir gözlədiyimiz ən əsaslı və ən dürüst islahat nəhayət ki, gündəmə gəldi. Elm və Təhsil naziri Emin Əmrullayevin təqdim etdiyi daimi və rəqabətli müəllim modeli təkcə yeni qayda deyil – bu, müəllimlik peşəsinin nüfuzunun bərpa olunması deməkdir.

İlk dəfədir ki, təhsilin rəhbəri problemi sadəcə görmür, onu kökündən dəyişmək üçün real mexanizm təqdim edir. İlk dəfədir ki, müəllimin əməyinə verilən dəyər sözlə yox, struktur islahatla ifadə olunur.

Yeni model müəllimi “saat yığan” yox, məktəbin daimi, peşəkar işçisi kimi görür. Dərs yükü 18–24 saat olacaq, qalan vaxt isə metodiki hazırlıq, fərdi iş, layihələr və inkişaf fəaliyyətinə sərf ediləcək. Bu, dünyanın ən qabaqcıl təhsil sistemlərinin – Finlandiyanın, Estoniyanın, Sinqapurun – tətbiq etdiyi yanaşmadır.

Ən əsas yenilik odur ki, model könüllüdür, ədalətlidir və rəqabətə əsaslanır. Yalnız yüksək nəticə göstərən, sertifikasiyada yüksək bal toplamış müəllimlər bu sistemə daxil ola biləcəklər. Bu isə təhsildə keyfiyyət mədəniyyəti yaradır – bilik və zəhmət ödülləndirilir”.

Kamran Əsədov qeyd edib ki, bu gün müəllimlərin maaşının aşağı olmasının əsas səbəbi məhz dərs yükünün azlığıdır:

“Hər dörd müəllimdən biri cəmi 13 saat dərs deyirsə, bu peşəkar və sosial rifah yarada bilməz. Yeni model bu problemi həll edir və müəllimlik peşəsini həm maddi, həm də mənəvi baxımdan həqiqətən cəlbedici edir.

Bir sözlə, uzun illərdir hamının danışdığı, amma heç kimin cəsarət etmədiyi islahat – müəllimin dəyərinin bərpası – nəhayət ki, həyata keçirilməyə başlayır.

Bu islahat təkcə müəllimin rifahı deyil, təhsilin gələcəyidir.

Müəllim güclənirsə, təhsil də güclənir.

Təhsil güclənirsə, ölkə də güclənir.

Bu addım üçün təşəkkürlər, cənab nazir. Bu, təhsilimizin ən doğru istiqamətdə atılmış ən cəsarətli addımıdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Noyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri