“ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində növbəti görüş olub
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 15 may, AZƏRTAC
ASAN könüllüləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva ilə görüşüblər.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində təşkil olunub.
Əsas müzakirələr “QHT fəaliyyətində gənclərin iştirakçılığı: Yeni dövrün çağırışları və imkanlar” mövzusuna həsr edilib.
Aygün Əliyeva müvafiq sahədə gənclərin artan rolundan, təşəbbüskarlıq və sosial layihələrdə iştirakın əhəmiyyətindən danışıb. O, müasir dövrün çağırışlarından və imkanlarından söz açıb, tövsiyələrini verib.
Görüş sual-cavab və müzakirələrlə davam edib.
Layihənin əsas məqsədi gənclərin ictimai müzakirələrdə iştirakçılığının artırılması, rəy və təkliflərin dinlənilməsidir. Bu çərçivədə müxtəlif mövzularda təşkil olunan görüşlər gənclərin bilik və dünyagörüşünü artırmaqla yanaşı, onları maraqlandıran məsələlərin operativ müzakirəsinə imkan verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 15 May 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















