ASAN AI Hub platforması çərçivəsində əməkdaşlıq qurulacaq
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə “Uğur Sağlık Teknolojileri Azərbaycan” MMC arasında Anlaşma Memorandumu imzalanıb.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, Memorandumu “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və “Uğur Sağlık Teknolojileri Azərbaycan” MMC-nin direktoru Yurdanur Murzoğlu imzalayıblar.
Tərəflər Memorandumda ASAN AI Hub platforması çərçivəsində süni intellekt əsaslı həllərin inkişafı, mobil sağlamlıq texnologiyalarının genişləndirilməsi, təlim, eləcə də sosial innovasiyalar istiqamətləri üzrə tədqiqat, səmərəli və davamlı əməkdaşlığın qurulmasını əsas məqsəd kimi müəyyən ediblər.
Memorandum tərəflərin birgə fəaliyyətə dair niyyətini ifadə edir və innovasiya ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 16 Aprel 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















