Icma.az
close
up
RU
ASAN Süni İntellekt platforması təqdim edilib I FOTO

ASAN Süni İntellekt platforması təqdim edilib I FOTO

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, platformanın əsas məqsədi Azərbaycanda süni intellekt (Sİ) sahəsində tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir. ASAN AI Hub açıq innovasiyanı təşviq edəcək və dövlət qurumları, özəl sektor və universitetlər arasında körpü rolunu oynayacaq. Texnoloji problemlər platformada açıq elan ediləcək və tələbələr, akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar öz həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev platformanın ölkənin süni intellekt ekosistemi üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, ASAN AI Hub Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncağındakı çıxışı zamanı səsləndirdiyi göstərişinə uyğun olaraq yaradılıb. Platforma dövlət
xidmətləri sektorunu, biznes subyektlərini, elmi-tədqiqat mərkəzlərini, startap ekosistemini birləşdirir və süni intellekt əsaslı həllərin hazırlanmasında körpü rolunu oynayır.

Sonra Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Azərbaycanın Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ASAN AI Hub-ın rəqəmsal transformasiya, iqtisadi inkişaf və elmi potensialın gücləndirilməsi baxımından önəmini qeyd ediblər.

14 milyonluq bir icmaya sahib olan, hər kəs üçün əlçatan öyrənmə, tətbiq və böyümə imkanları təqdim edən qlobal süni intellekt platforması “GenAI Works”un Baş direktoru və həmtəsisçisi Steve Nouri isə “Günümüzdə generativ süni intellekt, 2025” mövzusunda çıxış edərək qlobal trendlər, texnoloji inkişaf və süni intellektin tətbiq imkanları haqqında məlumat verib.

Tədbir çərçivəsində ASAN AI Hub ilə "Apolitical", "Breakthrough Social Enterprise" və "GenAI Works" arasında anlaşma memorandumları imzalanıb. Bu əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını gücləndirəcək.

Sonra “Süni intellektdə Açıq İnnovasiya: Hər kəs üçün körpü” adlı panel müzakirəsi keçirilib. Panelin spikerləri qismində ASAN AI Hub-ın rəhbəri Ləman İbrahimova, “GenAI Works”un Baş direktoru və həmtəsisçisi Steve Nouri, Edinburq Maliyyə İnnovasiyaları Mərkəzinin həmdirektoru və Edinburq Universitetində maliyyə üzrə müəllimi Xaladdin Rzayev və Tsinghua Universitetinin İnformasiya İncəsənəti və Dizayn fakültəsinin dosenti Fu Zhiyong spikerlər qismində çıxış ediblər.

“Apolitical” təşkilatının Partnyorluqlar üzrə direktoru Katherine Miller Weberin moderatorluğu ilə keçirilən paneldə açıq innovasiya modelləri, dövlət–özəl sektor əməkdaşlığı, inklüzivlik və məsuliyyət prinsipləri ilə bağlı müzakirələr aparıblar.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 Dekabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri