“ASAN Xidmət” 20 milyon ədəd SMS alır Qiyməti kəskin arta bilər
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən tender müsabiqəsi elan olunub.
Yeniavaz.com xəbər verir ki, müsabiqənin şərtlərinə görə, “ASAN Xidmət” 20 milyon ədəd SMS satın alacaq.
Qeyd edək ki, “ASAN Xidmət” 20 milyon ədəd SMS-in ehtimal olunan qiymətini 778 min 800 manat müəyyən edib. Bu isə o deməkdir ki, “ASAN Xidmət” 1 ədəd SMS üçün 3,9 qəpik ödəmyə hazırdır.
Məlumat üçün bildirək ki, bu günə kimi “ASAN Xidmət” bir çox şirkətlərdən SMS paketlər alıb. Son 5 ildə satın alınan SMS-lər heç vaxt 3 qəpikdən baha olmayıb.
- 2020-ci ildə “L-Sim” MMC-dən 1 ədədi 2,2 qəpiyə 12 500 000 ədəd SMS paketi;
- 2021-ci ildə “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-dən 1 ədədi 2,1 qəpiyə 15 000 000 ədəd SMS paketi;
- 2022-ci ildə “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-dən 1 ədədi 2,1 qəpiyə 15 000 000 ədəd SMS paketi;
- 2023-cü ildə “Figensoft Azərbaycan” MMC-dən 1 ədədi 2,5 qəpiyə 15 000 000 ədəd SMS paketi;
- 2024-cü ildə “Figensoft Azərbaycan” MMC-dən 1 ədədi 2,5 qəpiyə 15 000 000 ədəd SMS paketi.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:“ASAN Xidmət”də SMS lərin qiyməti 40 faiz artıb
21 Aprel 2025 13:12
Asan xidmət, yoxsa, çətin xidmət!
12 May 2026 20:00
ASAN xidmət” Kambocada
22 Sentyabr 2026 15:46
ASAN Xidmət ötən il 3,5 qəpiyə aldığı SMS i indi 3,9 qəpiyə alır
19 Yanvar 2026 13:46
ASAN xidmət və ASAN kommunal işləməyəcək
12 İyun 2026 14:37
Baxış sayı:187
Bu xəbər 13 Mart 2025 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















