ASAN xidmət” Kambocada
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kambocanın müvafiq qurumu arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində Kamboca Krallığının Poçt və Telekommunikasiya Nazirliyinin ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edib.
"Cebheinfo.az" xəbər verir ki, məqsəd “ASAN xidmət” təcrübəsi ilə yerində tanış olmaq və müvafiq təcrübənin Kambocada tətbiqi üzrə konkret fəaliyyətlərin müəyyən edilməsi olub.
Nümayəndə heyəti müxtəlif “ASAN xidmət” mərkəzləri, ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) ilə tanış olub. Həmçinin onlar üçün Dövlət Agentliyinin müxtəlif şöbələri tərəfindən təlimlər keçirilib, təqdimatlar edilib.
Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin və ASAN TV/Radionun fəaliyyəti ilə də yaxından tanış olublar.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 Sentyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















