Icma.az
close
up
RU
“ASAN xidmət” “Aerokosmik Modelçilik Festivalı 2025”i reallaşdırıb

“ASAN xidmət” “Aerokosmik Modelçilik Festivalı 2025”i reallaşdırıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 1 iyul, AZƏRTAC

Bakının Hövsan qəsəbəsində “Aerokosmik Modelçilik Festivalı 2025” keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir agentliyin “İnnovasiyalar Mərkəzi”nin və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə gerçəkləşdirilib.

Əsas məqsəd ölkəmizdə raket və peyk modelçiliyinin inkişafına, gənclərin innovativ düşüncə tərzinin formalaşmasına, sağlam həyat tərzinin təşviqinə və texniki yaradıcılığın kütləviləşməsinə dəstəkdir.

Təmiz havada intellektual aktivliklə fiziki fəaliyyəti birləşdirən bu idman növü iştirakçıların fərdi və komanda şəklində yarışmasına şərait yaradır. Qiymətləndirmə zamanı uçuşun hündürlüyü və müddəti, enişin dəqiqliyi, modellərin texniki səviyyəsi və uçuş reallığı əsas götürülür. Üçüncü dəfədir təşkil olunan festival iki mərhələdə, 10 növ yarış (“S-3-B Paraşüt”, “S-3-C Paraşüt”, “S-4-D Raketaplan”, “S-6-A Streamer”, “S-6-B Streamer”, “S-6-C Streamer” və ilk dəfə olaraq “Peyk (CubeSat)”, “Startap” (aerokosmik sahədə), dron və təyyarə modelləri) üzrə təşkil olunub. Həmçinin intellektual müsabiqə və aviaşou xarakterli helikopter və təyyarə modellərinin nümayişi də gerçəkləşib. İştirakçılara bu çərçivədə aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik formada tətbiq üçün də geniş imkanlar yaradılıb.

Builki festivala “YAŞAT” Fondunun dəstəyi ilə 5 şəhid övladı da qatılıb. Raket modelçiliyi yarışının “S-6-A Streamer” kateqoriyasında bir araya gələn komanda üzvləri öncəki müddətdə festivala hazırlıq məqsədilə fond tərəfindən raket, paraşüt, dron, təyyarə və digər modellərin təlim məşqlərinə cəlb olunublar.

Festivalda bu il ilk dəfə raket modelçiliyi üzrə beynəlxalq FAI standartlarına uyğun S-4-D Raketaplan kateqoriyasında və peyk modelçiliyi (CubeSat) sahəsində yarışlar keçirilib. Həmçinin startaplar bu sahədə ideyalarını inkişaf və kommersiyalaşdırmaq məsədilə yarışda iştirak ediblər.

Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərkosmos, Milli Aviasiya Akademiyası, Hədəf STEAM Liseyi, “IT INNOVATIONS computer academy”, Nərgiz klinikası, “AzST”, “OUTSITE” və “RC CARTING” tədbirin tərəfdaşlarıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri