Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

QHT Aerokosmik Modelçilik Festivalı keçirəcək

QHT Aerokosmik Modelçilik Festivalı keçirəcək

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Yeni Texnologiaların İnkişafına Dəstək”  ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aerokosmik Modelçilik Festivalının təşkili” layihəsinin icrasına başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində 26 iyun 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Hövsan qəsəbəsində yerləşən Aviamodellərin uçuş meydançasında “Aerokosmik Modelçilik Festivalı 2025” keçiriləcək.

Sayca üçüncü dəfə baş tutan festival 2 turdan ibarət olmaqla, ümumilikdə 10  növ üzrə keçiriləcək. Bunlar müvafiq olaraq raket modelçiliyi üzrə; S-3-B Paraşüt, S-3-C Paraşüt, S-4-D Raketaplan, S-6-A Paraşüt, S-6-B Streamer, S-6-C Streamer, əlavə olaraq Peyk (CubeSat), Startap (Aerokosmik sahədə), Dron, Təyyarə modellərindən ibarətdir. Tədbirdə həmçinin, intellektual viktorina və aviaşou xarakterli helikopter və təyyarə modellərinin nümayişi nəzərdə tutulmuşdur. Aerokosmik Modelçilik Festivalında iştirakçılara texniki idman növü kimi aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik olaraq təkmilləşdirmək üçün şərait yaradılacaq.

Əvvəlki illərdən fərqli olaraq bu il Azərbaycanın tarixində ilk dəfə olaraq raket modelçiliyində, S-4-D Raketaplan kateqoryası üzrə yarış keçiriləcək. Bu növ FAI-nin tələblərinə uyğun olaraq beynəlxalq dərəcəli kateqoriya sayılır. Bundan başqa festivalda ilk dəfə olaraq Aerokosmik sahədə Startaplar da yarışacaqlar. Bu isə gənclərə bu sahədə öz layihələrini gələcəkdə kommersiyalaşdırmağa imkan verəcək. Festivalın əsas məqsədi və fəaliyyət istiqaməti, Azərbaycanda raket və peyk modelçiliyi idmanının kütləviləşməsinə və inkişafına kömək etmək, innovativ gənclərin hərtərəfli və ahəngdar inkişafında və sağlam həyat tərzinin formalaşmasında bu texniki idman növünün rolunu artırmaqdan ibarətdir. Yüksək texnologiyalara əsaslanan raket və peyk modelçiliyi texniki idman növü təmiz havada intellektual aktivliyi və fiziki fəaliyyəti özündə birləşdirir. Yarışlar həm fərdi, eləcə də komanda halında olmaqla, uçuşun hündürlüyü və müddəti, eniş dəqiqliyi üzrə keçirilir. Hazır modellərin aidiyyəti yarış səviyyəsi üzrə raketin və ya peykin detallılıq dərəcəsi və uçuşun reallığı qiymətləndirilir.

Tədbirin proqramına uyğun olaraq, festival 26 iyun 2025-ci il tarixdə, səhər saat 10:00 dan, 18:00-dək davam etməsi planlaşdırılıb. Ərazi olaraq Xəzər rayonu, avia-modellərin uçuş meydançası müəyyən olunmuşdur.  Yarış zamanı, beynəlxalqa qaydalara uyğun olaraq, texniki təhlükəsizliklə bağlı lazımi tədbirlər görüləcəkdir. Bununla yanaşı keçən il olduğu kimi bu ildə FHN XRXX-nin Pirotexnika şöbəsinin əməkdaşları öz xidməti maşınları ilə, tədbirdə tərəfdaş kimi iştirak edəcəklər. İctimai asayişin qorunması DİN-nin əməkdaşları tərəfindən müvafiq qayda da həyata keçiriləcək.

Festival Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Yaşat-Fondru, Azərkosmos, Aviasiya Akademiyası, Aselsan-Bakü, Hədəf STEAM Litseyi, IT INNOVATIONS compyuter academy, Nəgiz Kliniksı, AzST, RC NASCAR-ın tərəfdaşlığı ilə baş tutacaq.

Festivalın keçiriləcəyi gün saat 09:30-dan 18:00 kimi Koroğlu metrosundan bir saat intervalla Avia-Modellərin Uçuş Meydançasına vətəndaşların rahat gedib qayıda bilmələri üçün, pulsuz nəqliyyat təşkil olunacaq.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri