Icma.az
close
up
RU
ASAN xidmət dövlət vətəndaş münasibətlərini dəyişir MÖVQE

ASAN xidmət dövlət vətəndaş münasibətlərini dəyişir MÖVQE

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"29 dekabr qeyd olunan “ASAN xidmət” işçilərinin peşə bayramı təkcə bir qurumun əməkdaşlarının əməyinə verilən qiymət deyil, eyni zamanda Azərbaycan dövlət idarəçiliyində aparılan dərin və sistemli islahatların cəmiyyət tərəfindən qəbulunun göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, qısa müddət ərzində ictimai şüurda ayrıca bir dövlət institutu kimi formalaşan ASAN xidmət modeli vətəndaş–dövlət münasibətlərinin keyfiyyətini dəyişən, idarəetmədə yeni standartlar yaradan uğurlu təcrübə kimi qiymətləndirilir.

ASAN xidmətin əsas üstünlüyü dövlətlə vətəndaş arasında uzun illər mövcud olmuş bürokratik baryerləri aradan qaldırmasıdır. Əvvəllər müxtəlif qurumlar arasında dolaşmaq məcburiyyətində qalan vətəndaş üçün bu model dövlət xidmətlərini vahid məkanda, aydın prosedurlar və şəffaf mexanizmlər əsasında əlçatan edib. Bu yanaşma məmur–vətəndaş təmasının minimuma endirilməsi ilə korrupsiya risklərini əhəmiyyətli dərəcədə azaldaraq dövlət idarəçiliyində etimad mühitinin formalaşmasına xidmət edir.

ASAN xidmət modeli dövlət xidmətlərinin yalnız texniki icrasını deyil, onların mahiyyət etibarilə vətəndaş yönümlü olmasına zəmin yaradıb. Xidmət prosesində şəffaflığın əsas meyar kimi qəbul edilməsi, elektron növbə sistemləri, vaxt və prosedur çərçivələrinin əvvəlcədən müəyyənləşdirilməsi və nəticələrin ölçülə bilən olması dövlətin vətəndaş qarşısında hesabatlılığını gücləndirir. Bu, vətəndaşın dövlətə müraciət edərkən özünü hüquqi və institusional baxımdan qorunmuş hiss etməsinə şərait yaradır.

Xidmətlərin əlçatanlığı məsələsi ASAN modelinin ən mühüm sosial funksiyalarından biridir. Regionlarda ASAN xidmət mərkəzlərinin fəaliyyət göstərməsi, səyyar və mobil xidmətlərin təşkili, həssas əhali qrupları üçün xüsusi yanaşmalar sosial ədalət prinsipinin real icrasına imkan verir. Bu baxımdan, ASAN xidmət yalnız inzibati yenilik deyil, həm də sosial inklüzivlik mexanizmi kimi çıxış edir. Dövlətin xidmət fəlsəfəsi vətəndaşı gözlədən deyil, vətəndaşa xidmət edən model üzərində qurulur.

ASAN xidmətin fəaliyyətində rəqəmsal texnologiyaların geniş tətbiqi idarəetmədə modernləşmənin əsas dayaqlarından birinə çevrilib. Elektron məlumat bazaları, avtomatlaşdırılmış proseslər və rəqəmsal identifikasiya mexanizmləri dövlət aparatının daha çevik və səmərəli işləməsinə imkan yaradır. Bu təcrübə digər dövlət qurumları üçün də institusional islahatların zəruriliyini ortaya qoyur və dövlət sektorunda yeni idarəetmə mədəniyyətinin formalaşmasına təkan verir.

Bu modelin mühüm cəhətlərindən biri də insan kapitalına yanaşmadır. ASAN xidmət əməkdaşları yalnız texniki icraçı deyil, dövlətin siması kimi çıxış edir. Onların peşə hazırlığı, etik davranışı və vətəndaşla ünsiyyət mədəniyyəti dövlət–vətəndaş münasibətlərində keyfiyyət dəyişimini təmin edən əsas amillərdəndir. Bu yanaşma dövlət qulluğunda yeni düşüncə tərzinin formalaşmasına, vətəndaş məmnuniyyətinin əsas meyar kimi qəbul edilməsinə gətirib çıxarır.

ASAN xidmətin cəmiyyətdə yaratdığı etimad mühiti daha geniş siyasi və sosial nəticələrə malikdir. Vətəndaşın dövlət institutlarına inamının artması ictimai sabitliyin möhkəmlənməsinə, hüquqi dövlət prinsipinin dərinləşməsinə və idarəetmədə şəffaflığın davamlı xarakter almasına şərait yaradır. Dövlətlə vətəndaş arasında qarşılıqlı etimadın möhkəmlənməsi isə uzunmüddətli islahatların uğurla həyata keçirilməsinin əsas şərtidir.

Bu mənada, peşə bayramı qeyd olunan ASAN xidmət işçilərinin fəaliyyəti yalnız gündəlik xidmətlərlə məhdudlaşmır. Onlar müasir Azərbaycan dövlətinin vətəndaşa xidmət fəlsəfəsinin daşıyıcılarıdır. ASAN xidmət modeli göstərir ki, idarəetmədə islahatlar formal qərarlarla deyil, real praktik mexanizmlərlə və insan mərkəzli yanaşma ilə həyata keçirildikdə cəmiyyət tərəfindən qəbul olunur və dayanıqlı nəticələr verir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Dekabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri