Özbəkistanın dövlət qulluqçuları ASAN xidmət də
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Özbəkistanın dövlət qulluqçuları üçün Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” və dövlət xidmətlərində sosial innovasiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı təqdimat edilib. İştirakçılar Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Siyasəti və İdarəetmə Akademiyasında təhsil alırlar.
Newscenter.az xəbər verir ki, təqdimat zamanı "ASAN xidmət" təcrübəsinin 30-dan çox ölkəyə ixrac edildiyi seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Akademiyanın dəvəti əsasında ölkəmizdə səfərdə olan qonaqlar “ASAN xidmət” mərkəzinin, Səyyar ASAN xidmətin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD” publik şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.
Xatırladaq ki, Azərbaycan brendi bu ölkədə də uğurla tətbiq olunur. Hazırda Özbəkistanda “ASAN xidmət” modeli əsasında 200-dən çox xidmət mərkəzi fəaliyyət göstərir.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq
24 Avqust 2026 17:07
Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər
15 May 2026 16:37
Özbəkistanın hərbi qulluqçuları Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində
02 Dekabr 2024 16:39
Özbəkistanın hərbi qulluqçuları Daşkənddəki Azərbaycan Mədəniyyət mərkəzində
02 Dekabr 2024 16:59
Özbəkistanın hərbi qulluqçuları Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində olublar
02 Dekabr 2024 17:19
Baxış sayı:156
Bu xəbər 04 İyun 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















