ASAN xidmət in “İnnovasiyalar Mərkəzi” “Atəşgah” Sığorta Şirkəti ilə əməkdaşlığı genişləndirir
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” ilə “Atəşgah” Sığorta Şirkəti ASC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Newscenter.az-a Xidmətdən bildirilib ki, sənədi “İnnovasiyalar Mərkəzi”-nin direktoru Vüsal Rüstəmov və “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədov imzalayıblar.
Memorandum çərçivəsində ASAN İnnovativ İnkişaf Mərkəzində “AI Zone” otağı yaradılıb və burada praktiki süni zəka təlimlərinin təşkili nəzərdə tutulur.
Həmçinin tərəflər innovativ maarifləndirmə və korporativ sosial məsuliyyət sahələrində birgə layihələrin icrasını, tələbə təcrübə proqramlarının həyata keçirilməsini təmin edəcəklər.
İmzalanma mərasimindən sonra tərəflər “AI Zone” otağının imkanları və gələcək təlim konsepsiyası ilə tanış olublar.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:“İnnovasiyalar Mərkəzi” və “Atəşgah” Sığorta memorandum imzaladı Fotolar
06 Oktyabr 2025 21:02
“Atəşgah” Sığorta Şirkəti təlim keçirib Fotolar
26 May 2025 09:56
“Atəşgah” Sığorta Şirkəti uşaqlara əyləncəli anlar yaşadıb
02 İyun 2025 11:44
“Atəşgah” Sığorta Şirkəti”nin İdarə Heyətində dəyişiklik
06 Avqust 2025 16:39
“Atəşgah” Sığorta Şirkəti ASC də yeni təyinat
12 Sentyabr 2025 12:24
Baxış sayı:54
Bu xəbər 07 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















