ASAN xidmətə 100 milyonuncu müraciət qeydə alındı
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
"ASAN xidmət"ə 100 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu müraciət 7 saylı Bakı "ASAN xidmət" mərkəzinə yeni doğulmuş (10 gün) vətəndaş İnci Kamallının anası Göyçək Kamalzadə tərəfindən edilib.
O, övladı üçün Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən doğumun qeydə alınması xidmətindən yararlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 100 milyonuncu müraciətin sahibi kimi Göyçək Kamalzadəyə ABAD-çı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim edib.
Baxış sayı:144
Bu xəbər 10 İyul 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















