Icma.az
close
up
RU
ASAN Xidmətin qapısından nikah bağlamaq istəyən nə qədər əmiqızı, dayıoğlu qaytarılıb? RƏSMİ AÇIQLAMA

ASAN Xidmətin qapısından nikah bağlamaq istəyən nə qədər əmiqızı, dayıoğlu qaytarılıb? RƏSMİ AÇIQLAMA

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin sərəncamı ilə birbaşa qan qohumları arasında nikahı qadağan edən yeni qaydalar 1 iyul 2025-dən qüvvəyə minib.

Bu dəyişikliklərə əsasən, əmi, xala, bibi və dayı uşaqlarının bir-biri ilə rəsmi nikah bağlaması hüquqi cəhətdən qeyri-mümkündür.

Bəs qanun qüvvəyə minəndən sonra neçə qohum evliliyinin qarşısı alınıb? Ümumiyyətlə, bütün bunların statistikası aparılırmı? Əgər vətandaş toyu edib, sonra rəsmi nigah üçün müraciət edirsə, qanunvericiliyə əsasən hər hansı cinayət məsuliyyəti daşıyırmı?

“Yeni Sabah”ın sorğusuna cavabda Ədliyyə Nazirliyindən xatırladılıb ki, "Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 28 iyun 2024-cü il tarixli 1198-VIQD nömrəli Qanunla Ailə Məcəlləsinə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, eləcə də bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasını qadağan edən müddəalar əlavə edilib:

"Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılır”.

Nazirliyin cavabında qeyd olunub ki, bioloji qohumluğu olan şəxslərin faktiki nikah münasibətinə daxil olmasına görə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan müddəa mövcud deyil:

“Bu məlumatların informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslərin və onların valideynlərinin doğumu haqqında şəhadətnamələrin surəti nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilir. Valideynlər doğum haqqında şəhadətnaməsini itirdiyi halda özləri (onlar öldükdə isə vərəsələri) seçdiyi yer üzrə qeydiyyat şöbəsinə müraciət etməklə təkrar şəhadətnamə (və ya arayış)  əldə edə bilərlər.

Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər təqdim oluna bilər.

Cinayət Məcəlləsində bioloji qohumluğu olan şəxslərin faktiki nikah münasibətinə daxil olmasına görə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan müddəa mövcud deyildir.

Qanunun qüvvəyə mindiyi gündən bu günədək qarşısı alınmış qohum evliliklərinin statistikası aparılmır”.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Dekabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see270

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see172

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see124

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri