“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə Respublikasının İstanbul şəhərində Astana Dövlət Qulluğu Mərkəzinin və Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin birgə təşkilatçılığı ilə “Süni intellekt idarəçiliyi təcrübədə: praktiki tətbiqlər, institusional potensial, innovasiyaların miqyaslandırılması və qlobal əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.
Modern.az xəbər verir ki, tədbir çərçivəsində 10-dan çox ölkənin dövlət xidmətlərində innovasiyaların tətbiqi ilə bağlı uğurlu təcrübələri nümayiş etdirilib. Bununla yanaşı, süni intellekt agentlərinin dövlət xidmətlərinin göstərilməsi prosesində istifadəsi, vətəndaş müraciətlərinin operativ cavablandırılmasına və xidmətlərin səmərəliliyinin artırılmasına verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb.
Konfransda “ASAN xidmət” təcrübəsi, dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaların tətbiqi, süni intellektdən istifadə, xidmətlərin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən təşəbbüslər barədə iştirakçı ölkələrin nümayəndələri və beynəlxalq ekspertlər məlumatlandırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 Oktyabr 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















