ASCO IMOnun emissiyalarla bağlı 2030cu il hədəfini artıqlaması ilə yerinə yetirib
Icma.az, Report.az saytına istinadən bildirir.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 2012-ci illə müqayisədə emissiyaları 20 % azaldıb ki, bu da Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2030-cu il hədəfini üstələyib.
"Report" xəbər verir ki, bunu ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev COP29 çərçivəsində keçirilən "Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya" adlı panel müzakirəsində deyib.
O bildirib ki, bu uğur ətraf mühitlə bağlı məsuliyyətə sadiqliyi və töhfəni artırmaq istiqamətində hədəfin göstəricisidir: "Bu uğuru əldə etmək asan olmadı. Ancaq bunu yeni gəmilərə investisiya yatıraraq, mövcud gəmiləri yenidən təmir edərək, köhnə gəmiləri istismardan çıxararaq və enerji səmərəliliyini artıraraq əldə etdik. Məqsədimiz 2050-ci ilə qədər sıfır emissiya hədəfinə nail olmaqdır. Gəmiçilik şirkəti olaraq iqlim dəyişiklikləri ilə bağlı təsirimizi azaltmaq istəyirik. Dayanıqlılıq həllərini inkişaf etdirmə və karbon emissiyalarının azaldılması strategiyalarını araşdırmaq istiqamətində aktiv fəaliyyət göstəririk".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 20 Noyabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















