Yaponiya nüvə zərbəsindən dəyən ziyana görə Cənubi Koreya sakinlərinə kompensasiya ödəyəcək
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hirosima Rayon Məhkəməsi Amerikanın şəhərə atom bombası atması nəticəsində qohumları zərər çəkmiş 23 Cənubi Koreya sakininə kompensasiya ödəməy barədə qərar qəbul edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "Kyodo" xəbər agentliyi məlumat yayıb.
Kompensasiya məbləği olan 3,3 milyon yen (təxminən 22.000 dollar) əsasən simvolikdir. Bu ödənişlə bağlı hüquqi mübarizə Yaponiyada 20 ildən çox davam edib. 2003-cü ilə qədər Yaponiya hakimiyyəti xaricdə yaşayan keçmiş Xirosima sakinlərinin atom bombardmanından dəyən ziyana görə kompensasiya almaq hüququnu belə tanımırdı. Lakin onlar daha sonra bu cür iddiaların təqdim edilməsi üçün son tarixin çoxdan keçdiyini iddia etməyə başladılar.
1945-ci ilə qədər Koreya Tokionun müstəmləkə hakimiyyəti altında idi və yarımadanın bir çox sakini məcburi əməyə cəlb edilmək üçün Yaponiyaya aparıldı.
Qeyd edək ki, ABŞ 1945-ci ilin avqust ayında Yaponiyanın təslim olmasını sürətləndirmək məqsədi ilə Xirosima və Naqasaki şəhərlərinə atom bombası atdı. Bunlar bəşər tarixində nüvə silahlarının döyüş istifadəsinin yeganə nümunələridir. Müxtəlif hesablamalara görə, Xirosima bombası bir gündə 70.000 ilə 100.000 arasında insanın ölümünə səbəb oldu. 1945-ci ilin sonuna qədər xəstəxanalarda yaralarından və radiasiya məruz qalmasından ölənlərin sayı 140.000-ə çatdı. Bombalanma qurbanlarının ümumi sayı ümumilikdə, 350.000-i keçib.
Anar
Bu mövzuda digər xəbərlər:ABŞ, Yaponiya və Cənubi Koreya liderləri görüşüblər
16 Noyabr 2024 13:43
Yaponiya və Cənubi Koreya strateji əməkdaşlığı gücləndirir
09 İyun 2025 15:34
Cənubi Koreya, ABŞ və Yaponiya sentyabrda Koreya yarımadasında təlimlər keçirəcək
05 Sentyabr 2025 09:07
Cənubi Koreya, Yaponiya və ABŞ birgə təlimlərə başlayır
13 Noyabr 2024 07:31
Cənubi Koreya və Yaponiya ABŞ ilə əməkdaşlığı gücləndirir
18 İyun 2025 11:58
Baxış sayı:92
Bu xəbər 28 Yanvar 2026 08:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















