ASGA Minskdə daha bir önəmli görüş reallaşdırdı FOTO, VİDEO
Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan-Belarus Gəncləri Forumu çərçivəsində Minsk şəhərinə, Belarus Respublikası Milli Məclisi yanında Gənclər Şurasının rəhbəri və üzvləri ilə görüş keçirilib.
Görüş Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Azərbaycan-Belarus Gənclər Forumu” layihəsi çərçivəsində reallaşdırıb. Görüşdən öncə Gənclər Şurasının fəaliyyəti ilə bağlı ekskursiya təşkil edilib.
Görüşü giriş sözü Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov açaraq Forumun gənclərarası dialoqa, əməkdaşlığa təkan verəcəyini dedi.
Sonra Azərbaycan tərəfdən çıxış edən “İslahatçı Gənclər” İB-nin sədri Fərid Şahbazlı, Azərbaycan Mətbuat Şurasının İH-nin üzvü, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli, MDU-nun müəllimi, fəlsəfə doktoru, gənc alim Müşfiq Hüseynov çıxış edərək Forumun hər iki ölkə gəncliyi üçün yeni imkanlar açdığını dedilər.
Daha sonra Belarus Respublikası tərəfdən Şuranın rəhbəri Alina Andreyevna çıxış edərək fəaliyyətləri ilə bağlı geniş təqdimat elədi. Daha sonra Şuranın departament rəhbərləri Vadim Valeyeviç, Yevqeniy Serqeviç, Rostislav Yuriyeviç, Yuliya Dmitriyeviç, Yuliya Aleksandrovna, Alina Alekseyevna, Anna Vasilyevna, Alina Vadimovna çıxış edərək Azərbaycan-Belarus əlaqələrindən, Forumun əhəmiyyətindən danışdılar.
Sonda Forum iştirakçılarına suvenirlər və geyim hədiyyələri təqdim edildi.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 24 İyun 2025 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















