Icma.az
close
up
RU
ASGA Minsk şəhərində Azərbaycan Belarus Gənclər Forumu nu reallaşdırdı (FOTO)

ASGA Minsk şəhərində Azərbaycan Belarus Gənclər Forumu nu reallaşdırdı (FOTO)

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Minsk şəhərinə, BRSM Konfrans zalında Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Azərbaycan-Belarus Gənclər Forumu" layihəsi çərçivəsində ilk tədbirini reallaşdırıb. 

Forumdan öncə BRSM-nın çoxsahəli  fəaliyyəti ilə bağlı ekskursiya təşkil edilib. Forumu giriş sözü ilə BRSM rəhbəri, Belarus Parlamentinin deputatı Lukyanov Aleksandr Sergeyeviç açaraq Belarus-Azərbaycan əlaqələrindən, gənclərlə bağlı həyata keçirilən layihələrdən danışıb. 

Daha sonra ASGA sədri Səbuhi Abbasov çıxış edərək Forumun hər iki ölkə gəncliyi üçün faydalı olacağını dedi: "Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi gəncıərin beynəlxalq əməkdaşlığı istiqamətinə hər zaman xüsusi diqqət ayırıb. Bu mənada bu gün reallaşan forumun Bakıda davam etməsini vacib hesab edirik. Forum hər iki ölkə gəncliyi üçün yeni bir platforma rolunu oynayacaqdır."

Forumda məruzə ilə çıxış edən "İslahatçı Gənclər" İB-nin sədri Fərid Şahbazlı hər iki ölkə liderinin sıx, səmimi dostluq əlaqələrinin ölkələrimiz arasında münasibətlərə ciddi tövhə verdiyini bildirdi. F.Şahbazlı qeyd etdi ki, Belarusun 44 Günlük Vətən müharibəsi dövründə Azərbaycana verdiyi dəstəyi xalqımız hər zaman hörmətlə xatırlayır. 

Daha sonra Azərbaycan Mətbuat Şirasının İH-nin üzvü, "Azxeber.com" saytının baş redaktoru Hacıbəy Heydərli çıxış edərək hər iki ölkə gənclərinin media sahəsində əməkdaşlığının vacib oıduğunu dedi. 

MDU-nun müəllimi, fəlsəfə doktoru, gənc alim Müşfiq Hüseynov çıxış edərək Belarus və Azərbaycan gənclərinin elm sahəsində əməkdaşlığının perspektivlərindən danışdı.

Daha sonra Belarus Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi Kozloviç Stefania Andreevna, "Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti" təhsil müəssisəsinin tələbəsi Trikoza Ekaterina Vladislavovna, "BRSM” ictimai təşkilatı MK-nın təşkilati-kadr, hüquq işi və beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq əməkdaşlıq sektorunun baş mütəxəssisi Qrişenko Zlata Vladimirovna, Belarus Respublikası Milli Məclisi Respublika Şurasının üzvü Lukyanov Aleksandr Sergeyeviçin köməkçisi Qrinçik Mixail Anatolyeviç çıxış edərək Azərbaycan-Belarus əlaqələrindən, Forumun əhəmiyyətindən danışdılar. 

Sonra Forum iştirakçılarına sertifikatlar, suvenirlər və geyim hədiyyələri təqdim edildi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 İyun 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri