Icma.az
close
up
RU
ASİAnın Xalis Sıfır Yol Xəritəsi COP29da təqdim olundu Fotolar

ASİAnın Xalis Sıfır Yol Xəritəsi COP29da təqdim olundu Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Sement İstehsalçıları Assosiasiyası (ASİA) ölkənin sement və beton sektorunun Xalis Sıfır Yol Xəritəsini BMT-nin İqlim Dəyişmələri üzrə konfransı - COP29 Azərbaycanda təqdim edib. Bununla da, assosiasiyanın üzvləri inşaat sektorunda karbon emissiyalarının azaldılmasını sürətləndirmək cəhdlərini qlobal arenada da nümayiş etdiriblər.

Layihənin təqdimatında Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının direktoru İsrail Asəliyev, Qlobal Sement və Beton Assosiasiyasının (GCCA) CEO-su Tomas Giyo, VDZ Elmi-Tədqiqat İnstitunun CEO-su və Avropa Sement Tədqiqatları Akademiyasının nümayəndəsi Martin Şnayder, PMD Projects şirkətinin CEO-su Nəriman Topçibaşov spiker qismində çıxış ediblər.

İsrail Asəliyev tədbirin açılış nitqini etdi və qeyd edib ki, Azərbaycanın sement sənayesi təkcə yerli deyil, qlobal səviyyədə də lider sənayelərdən biri hesab oluna bilər: “Bu sənaye yaşıl istehsal prinsiplərinin və beynəlxalq standartların tətbiqinə təkcə bu tədbir ərəfəsində deyil, çox illər əvvəldən başlayıb. Tullantılardan xammal kimi istifadəsinə görə sement sənayesi dünyada birinci yerdədir. Ümumiyyətlə, tullantılardan xammal kimi, eləcə də, alternativ yanacaq kimi istifadə asan görünə bilər, lakin bu proseslər kifayət qədər qəlizdir və bəzən istehsalçılardan əlavə investisiyalar qoymaq tələb edə bilər. Bütün addımları nəzərə alsaq, COP29-da iştirakımız və xəritənin təqdimatı təbiidir.”

Tomas Giyo Qlobal Sement və Beton Assosiasiyası haqda məlumat verərək, qeyd etdi ki, sement və beton sənayesində dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləmək üçün yaradılan qurumun ilk gündən etibarən, gündəliyində sement sənayesinin xalis sıfır emissiyalarla bağlı proqramları dayanır:

“Dayanıqlı inkişaf gündəliyi olan bütün sement və beton şirkətləri assosiasiyanın üzvüdürlər və bu gün də, məhz Azərbaycanın sement sənayesinin üzvlərinin dayanıqlı inkişafla bağlı gündəliyini müzakirə edirik.”

Avropa Sement Tədqiqatı Akademiyasından Martin Şnayder Xalis Sıfır Yol xəritəsinin təqdimatında əhəmiyyətli məqamları vurğuladı: “Bu xəritədə bütün dəyər zəncirinə baxdıq və emissiyaların bütün dəyər zənciri boyunca azaldılmasını nəzərdə tutduq. Bu gün Azərbaycanın 4 sement istehsalçısının hər birinin müasir zavodu mövcuddur. Bu zavodlarda karbon emissiyalarının 2030-ci ilə qədər azaldılması və 2050-ci ildə isə xalis sıfır emissiyaya nail olmaq hədəflənir. Bu hədəfə nail olmaq üçün rıçaqlar alternativ yanacaqdan istifadə, klinker faktorunun azaldılması, inşaat dizaynının optimallaşdırılması və innovasiyası, həmçinin karbonun tutulması, utilizasiyası və saxlanılmasıdir.”

İnşaat materiallarının son istehlakçısı tikinti sektorudur. “Biz inşaat materialları istehsalçıları ilə bir neçə gündür ki, emissiyaların azaldılmasını müzakirə edirik. Lakin bu tədbir bir daha göstərir ki, emissiyaların azaldılması bütün son istehlakçılardan, yəni hər birimizdən asılıdır”, - Nəriman Topçibaşov öz çıxışında qeyd edib.

Spikerlərin çıxışlarından sonra panel müzakirələri baş tutdu, sement şirkətlərinin CEO-ları assosiasiyanın missiyası ətrafında bir araya gəldiklərindən danışdılar və karbon emissiyalarının azaldılması ilə bağlı sualları cavablandırdılar.










Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Noyabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri