Icma.az
close
up
RU
Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Xalis Sıfır Yol Xəritəsi COP29da təqdim olundu

Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Xalis Sıfır Yol Xəritəsi COP29da təqdim olundu

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Azərbaycan Sement İstehsalçıları Assosiasiyası ölkənin sement və beton sektorunun Xalis Sıfır Yol Xəritəsini BMT-nin İqlim Dəyişmələri üzrə konfransı - COP29 Azərbaycanda təqdim etdi. Bununla da, assosiasiyanın üzvləri inşaat sektorunda karbon emissiyalarının azaldılmasını sürətləndirmək cəhdlərini qlobal arenada da nümayiş etdirdilər.

Layihənin təqdimatında Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının direktoru İsrail Asəliyev, Qlobal Sement və Beton Assosiasiyasının (GCCA) CEO-su Tomas Giyo, VDZ Elmi-Tədqiqat İnstitutunun icraçı direktoru və Avropa Sement Tədqiqatları Akademiyasının nümayəndəsi Martin Şnayder, "PMD Projects" şirkətinin icraçı direktoru Nəriman Topçibaşov spiker qismində çıxış etdilər.

Açılış nitqi ilə çıxış edən İsrail Asəliyev qeyd edib ki, Azərbaycanın sement sənayesi təkcə yerli deyil, qlobal səviyyədə də lider sənayelərdən biri hesab oluna bilər:

"Bu sənaye yaşıl istehsal prinsiplərinin və beynəlxalq standartların tətbiqinə təkcə bu tədbir ərəfəsində deyil, çox illər əvvəldən başlayıb. Tullantılardan xammal kimi istifadəsinə görə sement sənayesi dünyada birinci yerdədir. Ümumiyyətlə, tullantılardan xammal kimi, eləcə də, alternativ yanacaq kimi istifadə asan görünə bilər, lakin bu proseslər kifayət qədər qəlizdir və bəzən istehsalçılardan əlavə investisiyalar qoymaq tələb edə bilər. Bütün addımları nəzərə alsaq, COP29-da iştirakımız və xəritənin təqdimatı təbiidir".

Tomas Giyo Qlobal Sement və Beton Assosiasiyası haqqında məlumat verərək, qeyd edib ki, sement və beton sənayesində dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləmək üçün yaradılan qurumun ilk gündən etibarən, gündəliyində sement sənayesinin xalis sıfır emissiyalarla bağlı proqramları dayanır:

"Dayanıqlı inkişaf gündəliyi olan bütün sement və beton şirkətləri assosiasiyanın üzvüdürlər və bu gün də, məhz Azərbaycanın sement sənayesinin üzvlərinin dayanıqlı inkişafla bağlı gündəliyini müzakirə edirik".

Avropa Sement Tədqiqatı Akademiyasından Martin Şnayder Xalis Sıfır Yol xəritəsinin təqdimatında əhəmiyyətli məqamları vurğulayıb:

"Bu xəritədə bütün dəyər zəncirinə baxdıq və emissiyaların bütün dəyər zənciri boyunca azaldılmasını nəzərdə tutduq. Bu gün Azərbaycanın 4 sement istehsalçısının hər birinin müasir zavodu mövcuddur. Bu zavodlarda karbon emissiyalarının 2030-ci ilə qədər azaldılması və 2050-ci ildə isə xalis sıfır emissiyaya nail olmaq hədəflənir. Bu hədəfə nail olmaq üçün rıçaqlar alternativ yanacaqdan istifadə, klinker faktorunun azaldılması, inşaat dizaynının optimallaşdırılması və innovasiyası, həmçinin karbonun tutulması, utilizasiyası və saxlanılmasıdır".

"İnşaat materiallarının son istehlakçısı tikinti sektorudur. Biz inşaat materialları istehsalçıları ilə bir neçə gündür ki, emissiyaların azaldılmasını müzakirə edirik. Lakin bu tədbir bir daha göstərir ki, emissiyaların azaldılması bütün son istehlakçılardan, yəni hər birimizdən asılıdır", - Nəriman Topçibaşov öz çıxışında qeyd edib.

Spikerlərin çıxışlarından sonra panel müzakirələri baş tutdu, sement şirkətlərinin CEO-ları assosiasiyanın missiyası ətrafında bir araya gəldiklərindən danışdılar və karbon emissiyalarının azaldılması ilə bağlı sualları cavablandırdılar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Noyabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri