Icma.az
close
up
RU
Asif Əsgərov şəhidlərin məzarını ziyarət etdi FOTOLAR

Asif Əsgərov şəhidlərin məzarını ziyarət etdi FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi nəticəsində qazanılan 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz Şanlı Zəfər tariximizin ən parlaq səhifələrindən biridir. Şəhidlərin xatirəsinin anılması və onların ailələrinə göstərilən diqqət tədbirlərinin davamı olaraq, Zaqatala rayonunun Qımır və Bazar kəndlərində Vətən Müharibəsi şəhidləri İsrafilov Abdurrahman, Murtuzəliyev Xəqani və Hacıyev Sayadın anım mərasimləri keçirilib.

"Unikal" xəbər verir ki, şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlərdə millət vəkili Asif Əsgərov, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Seyidov, şəhidlərin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar. Tədbirdə çıxış edənlər şəhidlərimizin döyüş yolundan, göstərdikləri qəhrəmanlıq və fədakarlıqlardan danışıblar. Daha sonra çıxış edən millət vəkili Asif Əsgərov qeyd edib ki, Azərbaycanın bu gün qazandığı Qələbə, dövlətimizin gücü və xalqımızın birliyi şəhidlərimizin fədakarlığı üzərində qurulub.

O bildirib ki, hər birimizin ürəyində şəhidlərimizə sonsuz minnətdarlıq hissi var, onların ailələrinə diqqət və qayğı göstərmək isə sadəcə bir vətəndaş borcu deyil, müqəddəs mənəvi öhdəlikdir. Tədbirin sonunda şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar vurğulayıblar ki, dövlətimizin şəhid ailələrinə və qazilərə olan davamlı qayğısı bu müqəddəs amal uğrunda canından keçən igidlərimizin xatirəsinə verilən ən böyük dəyərin göstəricisidir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri