Icma.az
close
up
RU
Deputat Asif Əsgərov şəhidlərin məzarını ziyarət etdi FOTOLAR

Deputat Asif Əsgərov şəhidlərin məzarını ziyarət etdi FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zaqatala rayonunda Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsinə həsr olunan anım tədbirləri keçirilib.

"Unikal" xəbər verir ki, şəhidlərin ildönümü ilə bağlı keçirilən tədbirlərdə Millət vəkili Asif Əsgərov, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov,Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Seyidov,hüquq-mühafizə orqanları,ictimaiyyətin nümayəndələri və kənd sakinlərinin iştirak ediblər. Muğanlı, Qandax və Bəhmətli kəndlərində şəhid Xəlilli Nicatın, Əhmədli Aydının və Ümid Məmmədovun məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

Tədbirlərdə çıxış edənlər şəhidlərimizin və bütün qəhrəman oğullarımızın göstərdiyi igidlikdən, torpağa və bayrağa olan sədaqət və fədakarlıqlarından danışıblar.

Millət vəkili Asif Əsgərov çıxışında bildirib ki, şəhidlərimizin canı və qanı bahasına bu gün azad və qalib bir Azərbaycanda yaşayırıq. 44 günlük Vətən müharibəsində Zaqatala rayonunun igid oğulları da xalqımızın tarixi Zəfərinə böyük töhfə verib. Onlar Vətənə olan sevgilərinin, sədaqətlərinin ən ali zirvəsini – şəhidlik zirvəsini fəth ediblər. Hər bir şəhidimizin xatirəsi bizim üçün müqəddəsdir. Şəhidlərimizin əziz xatirəsini daim uca tutmaq, onların ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.

O, şəhid ailələrinin qayğıları ilə maraqlanıb,vətəndaşların müraciətlərini dinləyib, səlahiyyəti çərçivəsində həlli mümkün məsələlərin yerində həll olunması, digər müraciətlərin isə aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürüləcəyini bildirib. 

Sonda şəhid ailələri və vətəndaşlar onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri