Icma.az
close
up
RU
“Aşığı hamama aparırlar, 3 4 nəfər yeyib içir, o isə saz havaları çalır” ETİRAZ+ÖZƏL

“Aşığı hamama aparırlar, 3 4 nəfər yeyib içir, o isə saz havaları çalır” ETİRAZ+ÖZƏL

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir neçə gün öncə BakuBus-da bir aşığın əlinə saz götürüb ifa etməsi cəmiyyətdə birmənalı qarşılanmamışdı. Həmin şəxsi qınayanlardan biri də aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərlidir.

Moderator.az-a açıqlama verən ustad sənətkarın nəticəsi bildirib ki, bu hər şeydən öncə saza hörmətsizlikdir:

“Saza, sənətə hörmət qoyan adam bu cür addım atmaz. Bu sənəti gözdən salmaqdır. Heç bəyənmədim. Biri var ki, hansısa tədbirdə çıxış edir, bu bəyəniləndir. Avtobus ictimai nəqliyyat vasitəsidir. Yaşlı bir insanın sazı götürüb avtobusda ifa etməsi və cavanların onu rişxənd etməsi sənətin gözdən salınmasından başqa bir şey deyildir. İnsanın xarakteri olmalıdır. Bu olmayandan sonra sazı götürüb nəinki avtobusda, metroda da ifa edəcək. Bəzən eşidirəm ki, aşığı hamama da aparıblar. 3-4 nəfər yeyib-içib, sonra könüllərinə saz havası düşüb. Çox təəssüf edirəm belə hallara” deyə o bildirib.

Xətai Ələsgərli bildirib ki, bu sənətlə bağlı bəzi məhdudiyyətlə qoyulmalıdır:

“Müəyyən qurumlar tərəfindən sertifikat verilə bilər ki, kimə aşıq deyilə bilər, kimə deyilə bilməz? Aşıqlar Birliyi, Folklor institutu, Mədəniyyət və İncəsənət universiteti bu işlə məşğul ola bilər. Çünki hər əlinə saz alan ifaçıya da aşıq demək olmaz axı. Həmin sertifikatda da müəyyən qanunlar yazılmalıdır ki, aşıqlar ona əməl etsinlər. Qadağa qoymaq çətindir. Bugünki gündə bölgələrdəki istirahət yerlərində hərə əlinə saz alıb, çörəyini qazanır. Bəzən də sənəti gözdən salırlar. Buna nəzarət olmalıdır. Bundan başqa el qınağı da vacibdir. Hamıya aşıq, ustad demək olmaz. Həqiqətən də biyabırçılıqdır ki, əlinə saz alana ustad deyirlər. Ustad elə olmur axı. Ustad odur ki, bütövlükdə aşıq sənətini dərindən bilsin, özünün yaradıcılığı olsun və şagird yetişdirsin”, - deyə Xətai Ələsgərli bildirib.

Aşıq Zülfiyyənin isə mövzuya münasibəti belə olub:

“Sazı avtobusda ifa etmək olmaz. Sazın özünün dinləyiciləri var. Rahat oturarlar, dinləyərlər. Bu kişini məncə öyrədib avtobusa göndəriblər. Bu bizim milli musiqimizə təhqirdir. Bunu heç cür qəbul edə bilmirəm. Bir yandan da fikirləşirəm ki, bəlkə də o kişinin elə dərdi var ki, əl açıb kimdənsə pul istəməyə utanır, bu yolla 5 manat çörək pulu qazanır. Ona ürəyim də ağrıyır. Allah heç kəsi bir parça çörəyə möhtac etməsin”, - deyə sənətçi bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Dekabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri