Icma.az
close
up
RU
Aşiqlərin ən çox ziyarət etdiyi sevgi abidəsi Tac Mahal

Aşiqlərin ən çox ziyarət etdiyi sevgi abidəsi Tac Mahal

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Dünyanın 7 möcüzəsindən biri olan Tac Mahal Hindistanın şimalında, Aqra şəhərində yerləşir. Hindistan deyildikdə bir çox insanın ağlına ilk gələn simvolik tikilidir. “Tac sarayı” mənasını verən abidə 73 metr hündürlüyü ilə dünya memarlığının görkəmli nümunələrindən hesab olunur. Dünyanın ən çox ziyarət edilən tarixi binalarından biri olan Tac Mahal eşqin və əzəmətin simvoludur.

Edvard Lir (İngilis lordu) - “Dünyada insanlar ikiyə bölünür: Tac Mahalı görənlər və görməyənlər”.

Bu, doğrudan da o qədər gözəl, poetik bir binadır ki, onu görənləri öz bənzərsizliyi ilə heyran edir. O, 1983-cü ildən Hindistanda müsəlman incəsənətinin incisi və dünya irsinin universal şah əsərlərindən biri kimi YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısındadır. pizza

Tac Mahalın tarixi və hekayəsi

1632-1653-cü illər arasında Uttar Pradeş bölgəsində inşa edilib. Böyük Moğol İmperiyasının hökmdarı Şah Cahanın həyat yoldaşı Mümtaz Mahalın xatirəsini yaşatmaq üçün inşa etdirdiyi bu şah əsər dünyada sevgini simvolizə edən ən mühüm tikililərdən biridir. Şah Cahanın 14-cü övladının anası Mümtaz Mahal sonuncu övladının doğulması zamanı dünyasını dəyişib. Əsl adı Ərcümənd Banu Begüm olan Mümtaz Mahalın mənası “sarayınn seçilmiş” deməkdir.

2007-ci ildə dünya üzrə 100 milyon səslə dünyanın yeddi möcüzəsindən biri seçilən Tac Mahalın memarları Memar Sinanın tələbələri Mehmet İsa Əfəndi və Mehmet İsmail Əfəndidir. Ağ mərmərdən hazırlanmış dörd minarəsi var və zümrüd, yaqut, mirvari və almaz kimi bir çox qiymətli daşlarla bəzədilib.

İkonik soğan formalı günbəz Osmanlı İmperiyasından gələn İsmayıl Əfəndi tərəfindən hazırlanmışdır.

Tac Mahalın tikintisində ümumilikdə 22 min insan və mindən çox fil çalışıb, Bu tikinti o dövr üçün 1 milyard dollara bərabər olan 32 milyon Hindistan rupisinə başa gəlib.

Tikintisi 22 il davam edən Tac Mahal böyük bağ, məscid, hovuz və məqbərədən ibarətdir. Dörd tərəfinin bir-birini mükəmməl şəkildə tamamladığı bina güzgüdəki görüntü kimi bir-birini əks etdirən simmetrik xüsusiyyətə malikdir. Bağı və bütün tikililəri ilə birlikdə 17 hektar ərazini əhatə edir.

Tac Mahalı əhatə edən bağ öz gözəlliyi ilə göz oxşayır. Peyzaj işləri hərtərəfli düşünülmüş və bütövlükdə dizayn edilmişdir. Tac Mahalın dörd minarəsi 3D effekti verir ki, bu da Moğol memarlığında bir ilk idi.

Tac Mahalın dizaynı günün müxtəlif vaxtlarında müxtəlif rəngləri əks etdirir. Ağ mərmərlər səhərlər çəhrayı, gündüzlər ağ, gecələr qızılı rəngə boyanır. 1983-cü ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilən bina ildə 4 milyon ziyarətçiyə ev sahibliyi edir.

Şah Cahanın həyat yoldaşı Mümtaz Mahalın məqbərəsinin yerləşdiyi bölmədə Mümtaz Mahalı tərifləyən yazılar və onun üçün deyilmiş xoş arzular var. Dövrün əhəmiyyətli xəttatlarının imzası olan Yasin surəsi türbənin ən diqqət çəkən hissəsidir. Türbə hissəsinin interyerində ənənəvi dekorativ elementlərdən istifadə edilmişdir. Mümtaz Mahal və onun əri Şah Cahanın sarkofaqları dəfn kamerasının əsas hissəsində yuxarı mərtəbədə, faktiki sarkofaqlar isə aşağı mərtəbədə yerləşir.

Qəbir otağının cənub girişindən aşağı türbəyə aparan pilləkən uclu çəllək ilə əhatə olunub. Ziyarətçilər üçün əlçatmaz olan bu bölmənin düzbucaqlı tavanı tamamilə mərmərlə örtülmüşdür. Otağın mərkəzində yerləşən oxşar dizaynlı iki türbə müxtəlif motivlərlə bəzədilib.

 Şah Cahanın öz məzarının qara mərmərdən olmasını istədiyi barədə müxtəlif iddialar olsa da, bununla bağlı heç bir sənəd tapılmayıb. Çox güman ki, bu əfsanələrin əsasını avropalı səyyah Jan-Batist Tavernyenin cəfəng yazıları təşkil edir.

Tac Mahalın mərmər quruluşunda 30-a yaxın qiymətli daşdan istifadə edilmişdir. Bu daşlar arasında firuzə Tibetdən, nefrit Çindən, binanın əsas materialı olan mərmər isə Racastandan gətirilib. Təəssüf ki, 1857-ci ildə Hindistan üsyanı zamanı bir çox qiymətli daşlar ingilislər tərəfindən yerindən çıxarıldı.19-cu əsrin sonlarında Hindistanın keçmiş qubernatoru Lord Kerzon məqbərənin bərpasına təşəbbüs göstərdi və bərpa işləri 1908-ci ildə başa çatdı.

Eşqdən ilhamlanarak tikilən bu bənərsiz sevgi abidəsi, bu gün də aşiqlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. 

Aydan Hacıbalazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 İyul 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri