Icma.az
close
up
RU
Aşırı borclanmamaq üçün kredit kartlarından necə istifadə edək? ARAŞDIRMA

Aşırı borclanmamaq üçün kredit kartlarından necə istifadə edək? ARAŞDIRMA

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Azərbaycanda kredit kartlarından istifadə ilə bağlı rekord artım qeydə alınıb. Mütəxəssislərin fikrincə, bu məsələ gələcəkdə böyük risklərə səbəb ola bilər. Bu səbəbdən, vətəndaşlar həmin vəsaitdən ehtiyatlı istifadə etməlidirlər.

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi yeddi milyard 890 milyon manat təşkil edib. Bu göstəricinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40.7 faiz və ya 2 milyard 282 milyon manat artıb. Ölkəmizdə kredit kartlarının sayının, həmçinin onlar vasitəsilə xərcləmələrin həcminin sürətlə artması hansısa risklər yaradırmı? Qonşu ölkələrdə vaxtilə yaşanan problemlərin bizdə də təkrarlanması təhlükəsi varmı?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Daha çox borclanmalar kredit kartları üzrədir"

Maliyyə və bank məsələləri üzrə ekspert Elman Sadıqovun sözlərinə görə, insanları kredit kartlarına yönəldən səbəblər var: "Artımın səbəblərindən biri bonus və hissəli ödəniş imkanlarının genişlənməsi, həmçinin populyarlaşmasıdır. Hissəli ödədikdə məbləğ insanların gözünə böyük görünmür, hansı ki, bu da əməliyyatları artıran səbəblərdəndir. POS-terminallar da artır, kartdan-karta ödənişlərlə bağlı görülən işlər də təsir edir. Həmçinin ölkəmizdə də onlayn satış platformaları yaradılır və sayları artır. Kommunal xidmətlərin də artıq asanlıqla kart vasitəsilə onlayn şəkildə ödənilə bilməsi mümkündür. Bu da kredit kartlarının daha çox istifadə olunmasına şərait yaradır. Dünya üzrə daha çox borclanmalar kredit kartları üzrədir". Ekspertin fikrincə, kredit kartlarından istifadədə maksimum ehtiyatlı olmaq lazımdır: "Çünki vətəndaşlar kartla pul xərclədikləri zaman bunun fərqində olmurlar. Sonradan krediti ödəmək zamanı çətinlik çəkirlər. Bir neçə kredit kartından eyni anda xərcləmə edən insanlar da var".

Kartdan ağıllı istifadə edin

E.Sadıqovun fikrincə, bu amil makroiqtisadi cəhətdən riskli olmasa da, mikroiqtisadiyyatda müəyyən risklər daşıyır: "Əhalinin nominal gəlirləri ilə bu məbləği müqayisə etdikdə görürük ki, elə də böyük rəqəm deyil. Ümumdaxili məhsul fonunda da rəqəmlər qorxu doğurmur. Ümumi iqtisadiyyatı, borclanmanı nəzərə aldıqda, elə də risk olmadığını düşünə bilirik. Lakin bu, məsələyə böyük aspektdən baxdıqda əldə etdiyimiz nəticədir. Vətəndaş mövqeyindən baxdıqda isə məsələ dəyişir. Bu borc əhalinin müəyyən bir qrupunda toplandığı üçün təhlükəlidir. 40 faizlik artım müəyyən riskləri doğurur. Mikroiqtisadi baxımdan təhlil etdikdə borclanan əhalinin bir təbəqəsidir. Onların borc yükü ilə gəlirləri arasında hansı mütənasiblik var? Çünki adətən yüksək gəlirli insanlar kredit kartları ilə bağlı məsələyə daha ağıllı yanaşırlar. Onların borc yükləri əməkhaqlarının üç mislindən çox olmur".

Bəzi insanlar kreditə həddən artıq meyillənirlər

Ekspert bildirib ki, borclar yığıldıqca problemli kreditlərə çevrilir: "Amma bəzi insanlar kreditə həddən artıq meyillənirlər. Bir çoxlarının borc yükləri əməkhaqlarının hətta on mislinə bərabər olur. Buraya istehlak kreditləri, bank olmayan kredit təşkilatlarından alınan borclar, müxtəlif mağazalardan götürülən daxili kreditlər, həmçinin kredit kartları daxildir. Böhran baş verərsə, əhalinin böyük kütləsi ciddi problemlə üzləşəcək və borclarını ödəyə bilməyəcək. Sonra problemli kreditlər yaranır. İnsanlar ömürlərinin çox hissəsini bu yüklərdən qurtulmaq üçün xərcləyirlər. Bəzi hallarda hətta bu borclara görə dəyərli daşınmaz əmlaklarını itirirlər. Bu, həm banklar, həm də iqtisadiyyatımız üçün problem yaradar, sosial gərginliyi artırar".

Bu vəsait iqtisadiyyata yönəlmir

Mütəxəssis Türkiyədə bu məsələ ilə bağlı yaranmış problemə də toxunub: "Qonşu ölkələrdə baş verənləri nəzərə alsaq, görərik ki, istehlak kreditləri türk məhsullarının istehsalını dəstəkləyib. Bəlkə də kredit kartları olmasaydı, oradakı istehsal bu qədər inkişaf etməzdi. İstehsal artdıqca, ixrac da artıb. Yəni kredit kartları vasitəsilə iqtisadiyyata böyük töhfə verildi. Məhz bu nəzərə alındığı üçün kredit kartlarına görə yığılıb qalan borclar sonradan dövlət tərəfindən əfv edildi. İnflyasiya səbəbindən daha rahatlıqla ödənildi".

E.Sadıqovun sözlərinə görə, bizdə kreditlər Türkiyədən fərqli olaraq iqtisadiyyatımıza ciddi zərər vura bilər: "Bizim kimi ölkələr üçün Türkiyə təcrübəsi keçərli deyil. Çünki kredit kartları və istehlak kreditləri istehsala, iqtisadiyyatımıza o qədər də töhfə vermir. Əksinə, yaranan borc, risk ölkəmiz üçün əlavə yükdür. Bu vəsaitlər həyati vacib məhsullara deyil, lüksə, şəxsi məsələlərə sərf edilirsə, ölkəyə kapital gəlmir. Nəzərə almalıyıq ki, bu kreditlərin əksəriyyəti xaricdən məhsul idxal edilməsinə yönəlir".

Lüzumsuz xərclərə yol verməyin

Müsahibimiz risklərlə bağlı məsləhətlərini də verib: "Bankın əsas vəzifəsi kredit verməkdir. Onlar kredit kartları ilə bunu daha da artırırlar. Burada əsas məsələ kreditlərin düzgün şəkildə verilməsidir. Banklar kredit verərkən tək öz portfellərini nəzərə almamalıdırlar. Makroiqtisadi göstəricilər, müştərinin riskləri diqqətdə saxlanılmalıdır. Kredit portfelinin yaxşı olması bir çox hallarda bankları arxayınlaşdırır. Daha çox qazanmağı düşünürlər, amma iqtisadi vəziyyətin hər an dəyişə biləcəyini nəzərə almırlar. Əhalinin hansı hissəsinin borcla yüklənməsi də nəzərə alınmalıdır. Kredit kartı borcu olanların digər borclarına da baxılmalıdır. Kredit kartından istifadə edənlərin neçə faizinin nə qədər borcunun olması, borcödəmə qabiliyyəti, aylıq gəlirləri, problemli müştəri olma ehtimalı və sair təhlil edilib nəzərə alınmalıdır. Əhaliyə də tövsiyə edərdim ki, kredit kartlarından səmərəli istifadə etsinlər. Lüzumsuz xərclərə yol verməsinlər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Fevral 2025 01:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri