Icma.az
close
up
RU
Aşırı valideyn sevgisi...

Aşırı valideyn sevgisi...

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Valideynlərimiz qəhrəmanlarımızdırlar, amma bu, o demək deyil ki, həyatımızla bağlı qərarlar onlara aiddir. Bizim milli dəyərlərimizdə valideyn-övlad münasibətinin xüsusi yeri var. Valideynə hörmət etmək, qayğı göstərmək, sevgi vermək bizim mədəniyyətdə xüsusən əhəmiyyətlidir və ən gözəl insani keyfiyyətlərdəndir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoruYeganə Əsgərova bildirir.

Onun sözlərinə görə, çox hallarda bu hörmət və qayğı valideynlər tərəfindən istismar edilir. Valideyn elə düşünür ki, uşağının (bu uşağın 20, 30, 40, 50 yaşında yetişkin insan olmasına baxmayaraq) hər bir işinə, münasibətinə, planına, bir sözlə, həyatına qarışa bilər və müdaxilə edə bilər. Çünki ana və ya ata, məsələn, 25 yaşındakı yetişkin oğlunu və ya qızını “uşaq” olaraq görür. Ana və ya ata uşağını böyütdüyü üçün hər məsələdə söz sahibi olduğunu düşünür və yeri gələndə “ haqqımı halal etmərəm”, “südümü halal etmərəm”, “mən səni əziyyət çəkib böyürmüşəm” və s. manipulyativ sözlərdən istifadə edərək “uşaqlarına” öz istədiklərini, öz bildiklərini elətdirməyə çalışırlar ( məsələn, əgər filan ailənin qızını almasan sənə südümü halal eləmərəm). Bu şəkildə irəliləyən münasibətdə bir çox problemlər ortaya çıxır. Nəticədə valideyn və övlad arasında sərhədlər pozulmuş olur, ayrılma prosesi tamamlanmamış olaraq qalır.
"Əgər özünüzdə aşağıdakı halları müşahidə edirsinizsə - valideynləriniz yaxın münasibətinizin detallarını bilirsə və xüsusən də bu hal münasibətinizə mənfi təsir edirsə;
- Valideynləriniz başqa insanlarla olan mübahisələrinizə birbaşa qarışırsa;
- Valideynləriniz fikirlərinizə hörmət etmirsə;
- Valideynləriniz sizin şəxsi sahənizə icazəniz olmadan daxil olursa;
- Valideynləriniz hər şeyə “hə” deməyiniz üçün sizi məcbur edirsə”, -ananız və ya atanızla olan münasibətinizi mütləq gözdən keçirin", - deyə psixoloq Yeganə Əsgərova söhbətini tamamlayıb.

Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 İyul 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri