Icma.az
close
up
RU
Asiya limanlarının rəhbərləri Bakıda

Asiya limanlarının rəhbərləri Bakıda

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Dünən Bakıda “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (CCA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanının təşkilatçılığı ilə keçirilən toplantı Asiyanın müxtəlif ölkələrindən liman rəhbərləri və nəqliyyat və logistika sahəsinin nümayəndələrini bir araya gətirərək regionda nəqliyyat və logistika əlaqələrinin inkişafı, limanlar arasında əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi üçün mühüm platforma yaradıb.

Mərasimdə açılış nitqi ilə çıxış edən ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi ölkənin regional nəqliyyat və logistika rolunu gücləndirir. Onun sözlərinə görə, Bakı Limanının Azərbaycan Dəmir Yolları inteqrasiyası, eləcə də dayanıqlı infrastruktur layihələri yükdaşımaların səmərəliliyini və tranzit imkanlarını artırır.

Qeyd olunub ki, bu yanaşma dəmir yolu və dəniz nəqliyyatı arasındakı maneələri aradan qaldıraraq əməliyyat səmərəliliyini yüksəldir – əlaqələndirmə proseslərinin müddətini qısaldır, koordinasiyanı gücləndirir və yüklərin daha sürətli hərəkətini təmin edir. Hazırda konteynerlərin emalı üzrə imkanların genişləndirilməsi üzərində ciddi iş aparıldığını vurğulayan R.Rüstəmov deyib: “Bilirsiniz ki, Bakı Limanının illik konteyner aşırma gücü 100 min TEU üçün dizayn edilmişdi. Ötən il birləşmədən sonra əməliyyat səmərəliliyi hesabına bu rəqəmi 150 min TEU-ya çatdırdıq, bu ilin sonunda isə 200 min TEU olacaq. Hədəfimiz 2027-ci ilin sonunadək aşırma gücünü, təxminən, 300 min TEU etməkdir. Bu da, bütövlükdə Orta Dəhlizin buraxılış gücünə əlavə töhfə vermiş olacaq”.

Xəzər dənizində su səviyyəsinin azalması və qlobal ticarət marşrutlarındakı çağırışların regional əməkdaşlığın əhəmiyyətini artırdığını diqqətə çatdıran ADY sədri CICA liman rəhbərləri konfransını bu çağırışlarla bağlı birgə həllərin formalaşdırılması üçün mühüm platforma kimi dəyərləndirib.

Mərasimdə çıxış edən CICA-nın katibi Kayrat Sarıbay isə Orta Dəhliz üzrə əməliyyatların səmərəliliyinin artırılmasında limanların rolunun əhəmiyyətini qeyd edib və bu cür tədbirlərin təşkilinin əməkdaşlığın dərinləşdirilməsi baxımından vacibliyini vurğulayıb. “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfrans “Regional əməkdaşlıq və dayanıqlı tərəfdaşlıqlar” və “Limanların və multimodal bağlantının əhəmiyyəti” adlı iki ayrı sessiya və “dəyirmi masa” ilə davam edib.

Sessiyalar çərçivəsində regional əməkdaşlıq və dayanıqlı tərəfdaşlıqların yük axınlarının səmərəli təşkili, eləcə də dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inteqrasiyası məsələləri müzakirə olunub. Eyni zamanda, limanların regional bağlantıların inkişafında rolu ilə yanaşı, Orta Dəhliz vasitəsilə dənizə çıxışı olmayan ölkələrin nəqliyyat imkanlarının gücləndirilməsi, limanların mövcud potensialı və Asiyada yük axınlarının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Bakı Limanı hazırda regional yük əməliyyatları üçün mühüm halqa kimi daha geniş diqqət mərkəzindədir. Ötən il limanda 107 min TEU konteyner və 8 milyon tondan çox yük aşırılmaqla rekord nəticələr əldə olunub. Bu isə öz növbəsində beynəlxalq yük əməliyyatları üçün yeni imkanlar təqdim edir. CICA üzv dövlətlərin liman qurumları arasında ikitərəfli işgüzar görüşlər keçirilib və limanlar arasında əməkdaşlığın inkişafına dair strateji müzakirələr aparılıb. Görüşlərin nəticəsi olaraq birgə yekun sənəd qəbul edilib.

Konfransın ikinci günündə iştirakçılar Bakı Beynəlxalq Dəniz Limanına səfər edərək limanın ümumi yük, bərə və Ro-Ro terminalları ilə tanış olacaq, həmçinin limanın rəqəmsal sistemlərinin tətbiqi ilə bağlı təqdimatları izləyəcəklər.

Qeyd edək ki, “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfrans Bakı Limanının Asiya regionunda limanlararası əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafında rolunu daha da gücləndirəcək.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri